Icma.az
close
up
RU
İmişlidə məktəb liseyin məzunları yüksək nəticələrlə tələbə adını qazanıblar

İmişlidə məktəb liseyin məzunları yüksək nəticələrlə tələbə adını qazanıblar

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli, 1 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli şəhər Nəriman Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyinin 11-t sinfinin 21 şagirdi müxtəlif ali təhsil ocaqlarına qəbul olaraq tələbə adını qazanıblar. Sinfin üç şagirdi isə kollec ixtisasını seçib və nəticələri gözləyir.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, sinif üzrə ən yüksək nəticəni (685 bal) toplayan Fərid İsmayılov həm də rayon birincisi olub. O, Azərbaycan Tibb Universitetinə qəbul edilib: “Ən böyük arzum tibb sahəsində çalışmaq olub. Qarşıma məqsəd qoyaraq sistemli hazırlaşdım və nəticədə çəkdiyim əziyyətin bəhrəsini gördüm. Bu uğurda valideynlərimin və müəllimlərimin dəstəyi böyük rol oynayıb. Tələbə adını qazanmaq qürur və sevinc hissi verir”, – deyə o bildirib.

Sinfin ikinci ən yüksək nəticəsini göstərən Aytən Həsənova 682 balla Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi fakültəsinə qəbul olub: “Arzum məhz bu ali təhsil ocağının tələbəsi olmaq idi. Əzimlə çalışdım və nəticə də gözlənildiyi kimi oldu. Qarşıya məqsəd qoyub çalışmaqla hər bir uğura nail olmaq mümkündür”, – deyə o vurğulayıb.

Məzunlar sırasında aqrar sahəni seçənlər də var. Mirsahib Hüseynli Azərbaycan Dövlət Aqrar Universitetinə dövlət sifarişi əsasında qəbul olub: “İmişli aqrar rayon olduğuna görə bu sahədə ixtisaslaşmaq qərarına gəldim. Çalışacam ki, aqrar sahənin inkişafına töhfə verən mütəxəssislərdən biri olum”, – deyə o qeyd edib.

Şagirdlərin uğuruna ən çox sevinənlərdən biri də onların sinif rəhbəri, kimya müəllimi Kəminə Məmmədovadır: “Bu, bir müəllim üçün böyük sevincdir. Sinfimizin əksər şagirdləri yüksək nəticələrlə tələbə adını qazanıblar. Digərləri isə kollec ixtisası üzrə seçim ediblər və əminəm ki, onlar da uğurlu nəticə əldə edəcəklər. Hər il məktəbimizin məzunları yüksək göstəricilərlə qəbul imtahanlarını başa vururlar. Şagirdlərimin hər birini təbrik edir, onlara uğurlar arzulayıram”, – deyə müəllim bildirib.

Qeyd edək ki, bu il məktəb-liseyi bitirən 57 məzundan 57-si də tələbə adını qazanıb. Onlardan 5-i 600-dən çox bal toplayıb, 7 nəfər isə liseyi fərqlənmə attestatı ilə bitirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri