İmişlidə Milli Qəhrəmanın adını daşıyan məktəb acınacaqlı durumda VİDEO
Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İmişli rayonunda fəaliyyət göstərən, Milli Qəhrəman İmamverdi Əliyevin adınıdaşıyan Qulubəyli tam orta məktəb acınacaqlı durumdadır.
Baxımsızlıqdan sinif otaqları bərbad vəziyyətə düşünb. Otaqların qapısı və pəncərəsi yararsız haldadır. Döşəmə və tavan çürüyüb.Məktəbin fasadı ovulub tökülür.
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi İmamverdi Əliyevin adına olan məktəbin bu durumda olması Qulubəyli kəndinin sakinlərini də narahat edir.
Kənd sakinləri "Sitat.info"ya bildiriblər ki, məktəbin bu vəziyyətindən İmişli Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil Nazirliyinin nümayəndələri xəbərdardır.
Buna baxmayaraq, aidiyyatı qurumlar maraqlanmır.
Sitat.info videonu təqdim edir:
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















