Icma.az
close
up
RU
İmtahan dövründə orqanizmi necə dəstəkləmək olar? Diqqət!

İmtahan dövründə orqanizmi necə dəstəkləmək olar? Diqqət!

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Yeniyetməlik insan inkişafının ən vacib dövrlərindən biridir. Bu dövrdə insanın bütün həyatı boyu psixi rifahına təsir edən sosial və emosional vərdişlər formalaşır və möhkəmlənir. Bunlara daxildir: sağlam yuxu rejimi, düzgün qidalanma, müntəzəm fiziki aktivlik, çətin vəziyyətlərin öhdəsindən gəlmək bacarıqları, problemləri həll etmə qabiliyyəti, emosional özünüidarə.

Medicina.az xəbər verir ki, bu vərdişlərin formalaşmasında ailə, məktəb və ümumilikdə cəmiyyətlə münasibətlər mühüm rol oynayır. Uşaq və yeniyetmə dövründə psixi sağlamlıq problemlərinin gözardı edilməsi gələcəkdə həm fiziki, həm də psixi sağlamlığa mənfi təsir göstərə və insanın tamhüquqlu yetkinlik həyatını məhdudlaşdıra bilər.

Bundan əlavə: qəbul və buraxılış imtahanları ilə bağlı narahatlıqlar, sosial şəbəkələrin çoxluğu, qadjetlərdən daimi istifadə, yuxu çatışmazlığı, hər şeyə çatmağa çalışmaq, əlavə dərnəklər və idman məşğələləri, qeyri-sağlam qidalanma müasir yeniyetmələr üçün böyük bir stres yükü yaradır. Xüsusilə də əvvəldən emosional həssaslıq mövcuddursa.

Bütün bunlar uşaqlarda xroniki stresin inkişafına səbəb olur. Mənfi emosiyalar o qədər güclənə bilər ki, psixikada, davranışda və həyat tərzində pozulmalara gətirib çıxarar.

Stresin yeniyetmələrdə əlamətləri: tez yorulma, insanlardan uzaqlaşma, təşviş, yuxululuq və ya yuxusuzluq, diqqət dağınıqlığı, unutqanlıq, tez-tez əhval dəyişməsi, səbəbsiz hiperaktivlik, əsəbilik, iştahanın artması və ya azalması, düşünülməmiş hərəkətlər.

Stres zamanı yalnız psixi vəziyyət deyil, demək olar ki, bütün fizioloji funksiyalar da zərər görür. Normalda stresdən sonra mütləq rahatlama gəlməlidir. Əgər bu baş vermirsə, simpatik sinir sistemi həddindən artıq aktivləşir və sinir tükənməsi yaranır.

Bədəni balans vəziyyətinə qaytarmaq üçün “parasimpatik sistemi” aktivləşdirmək lazımdır — yəni orqanizmin bərpasını və resurs toplamasını təmin etmək.

Valideynlərin və həkimlərin əsas vəzifəsi — uşağı xroniki stresdən çıxarmaq və onun enerjisini bərpa etməyə kömək etməkdir.

Psixoemosional və əzələ gərginliyini azaltmaq üçün praktikalar

Nəfəs məşqləri: nəfəsvermə nəfəsalmadan daha uzun olmalıdır; məsələn: 4 say nəfəs alma, 6–8 say nəfəs vermə. 10–15 dəfə təkrarlamaq. Bu üsul yeməkdən əvvəl də faydalıdır.

Əzələlərin mərhələli rahatlaşdırılması

Bədənin müxtəlif hissələrini növbə ilə 10–20 saniyə gərib boşaltmaq: çiyinlər, qarın, qollar, alın, gözlər, boyun. Bu məşqlər sinir sistemini sakitləşdirir.

Su prosedurları

Ayaqları isti suda saxlamaq, duş qəbul etmək, efir yağları və maqnezium duzundan istifadə etmək.


Keyfiyyətli yuxu

Bərpa üçün ən vacib amillərdən biri — ən azı 8 saatlıq, sakit və qaranlıq şəraitdə yuxudur.

Antistress dəstəyi və sağlam yuxunu təmin etmək üçün

Neurexan — təbii tərkibli, Almaniya istehsalı, tam zərərsiz preparatdır: stresi azaldır, damar spazmını aradan qaldırır, sinir sistemini sakitləşdirir, yuxunu normallaşdırır. Gündə 2–3 dəfə, 1 tab — dilaltına istifadə edilir.

Vitamin C — serotonin və noradrenalin sintezində, sinir hüceyrələrinin funksiyasında iştirak edir. Vitamin C çatışmazlığı stresə, depressiyaya səbəb ola bilər. Stres zamanı böyrəküstü vəzilər çox Vitamin C sərf edir. Vitamin C-nin öz funksiyalarını lazımi səviyyədə yerinə yetirə bilməsi üçün, 12 yaşdan yuxarı yüksəkdozalı infuzion Vitamin C-nin istifadəsi məqsədyönlüdür. Eyni zamanda Vitamin C ilə zəngin qidalar istifadə olunmalıdır.

Vitamin C mənbələri: itburnu, şirin bibər, qara qarağat, çaytikanı, göyərtilər, kələm növləri, kartof, pomidor, alma, ananas, sitrus meyvələri, turşu kələm.

İtburnu dəmləməsi: quru giləmeyvələri əzin və termosda 70°-dən yüksək olmayan suda bir neçə saat dəmləyin.

Magnesium bisglycinate — 300-dən çox reaksiyada iştirak edir, çatışmazlığı stress və depressiyaya səbəb olur. Stress zamanı maqnezium daha çox itirilir.

Maqnezium mənbələri: düyü və buğda kəpəyi, balqabaq tumu, günəbaxan tumu, kətan toxumu, qoz-fındıq, yaşıl tərəvəzlər, göyərtilər, dəniz məhsulları, yumurta. İmtahan dövründə əlavə olaraq maqnezium preparatları qəbul etmək faydalı ola bilər, məs., maqnezium bisqlisinat.

B qrupu vitaminlərinin çatışmazlığı sinir tükənməsinə səbəb olur, xüsusilə vegeterianlarda daha çox rast gəlinir.

B1 — sinir impulslarının ötürülməsini gücləndirir.

B6 — dopamin, serotonin, melatonin sintezində iştirak edir.

B12 — sinir liflərini qoruyan mielin qişalarının yaranmasında iştirak edir.

Mənbələr: sardina, skumbriya, qızılbalıq, toyuq və dana əti, paxlalılar, günəbaxan və kətan toxumu, ispanaq.

Və ya B qrupu vitamin kompleksi.

İmtahanlarınızda sizə uğurlar arzulayırıq!


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 08 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri