Icma.az
close
up
RU
İmtahan mifləri: Keçən il asan idisə, bu il çətin olacaq

İmtahan mifləri: Keçən il asan idisə, bu il çətin olacaq

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il abituriyentlər və valideynlər buraxılış imtahanlarının çətinliyi ilə bağlı eyni narahatlığı yaşayırlar: “Keçən il asan idisə, bu il çətin olacaq”, “Hər iki ildən bir çətinləşdirirlər” kimi fikirlər geniş yayılıb. Belə düşüncələr imtahan sisteminin proqnozlaşdırıla bilməz olduğu və nəticələrin stabillikdən uzaq olduğu qənaətini yaradır. Nəticədə, abituriyentlər üçün universitet seçimi daha da mürəkkəbləşir.

Lakin təhsil mütəxəssisləri bildirirlər ki, bu proses düşündüyümüz kimi təsadüfi deyil və əslində sistemin balansını qorumaq məqsədi daşıyır.

Sosial Tədqiqatlar Mərkəzinin təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, buraxılış və qəbul imtahanlarının çətinlik dərəcələri müəyyən sistem daxilində tənzimlənir və bu prosesdə əsas məqsəd universitetlərə ayrılan yerlərin uyğun şəkildə doldurulmasını təmin etməkdir.

Ekspertin sözlərinə görə, hər il ali təhsil müəssisələrinə qəbul üçün müəyyən sayda yer ayrılır. Məsələn, ötən il bu rəqəm 56 min idisə, builki göstərici 61 min olub ki, bu da Azərbaycan təhsil tarixində rekord sayılır. Bununla belə, universitetə qəbul üçün sənəd verənlərin sayı 100 mindən çoxdur və əsas məsələ ayrılan yerlərin balanslı şəkildə doldurulmasıdır. Buna görə də buraxılış imtahanlarının və qəbul imtahanlarının suallarının ağırlıq dərəcəsi tənzimlənməlidir.

Elmin Nuri qeyd edir ki, ötən il buraxılış imtahanlarının nisbətən asan keçirilməsinin səbəbi Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən yumşalmalara getməsi olub. Bundan əvvəlki illərdə suallar kurikulum məzmun standartlarına əsasən hazırlanırdı. Lakin məktəblərdə bu sistem tam tətbiq olunmadığından, imtahan nəticələri zəif olurdu. DİM-in yanaşmada dəyişiklik etməsi nəticəsində ötən il rekord sayda abituriyent yüksək bal topladı. Məsələn, 54 abituriyent maksimum 300 balı toplayıb, 250-300 bal aralığında nəticə göstərənlərin sayı isə minlərlə olub. Lakin qəbul imtahanlarının çətinliyi artırılaraq bu balans nizamlanıb.

Ekspert vurğulayır ki, buraxılış imtahanları asan, qəbul imtahanları isə çətin olduğu zaman abituriyentlərin müsabiqəyə qatılma faizi artır. Nəticədə, bəzi ixtisaslara keçid balları yüksəlir və hətta 500-dən çox bal toplayan abituriyentlərin də universitetə qəbul ola bilməməsi halları baş verir. Bu səbəbdən sistemdə müəyyən tarazlıq yaradılmalıdır ki, nə buraxılış, nə də qəbul imtahanı həddindən artıq asan və ya çətin olmasın.

Son olaraq, mütəxəssis bildirir ki, qəbul sistemi bir zəncirin halqaları kimi işləyir. İmtahanların çətinliyi və asanlığı bir-birini tamamlamalıdır ki, sistemlilik qorunsun və abituriyentlərin seçim prosesində hədsiz çətinliklər yaranmasın. Deməli, “Bu il asan oldu, növbəti il çətin olacaq” kimi fikirlər hər zaman həqiqəti əks etdirmir. Əsas olan, təhsil sistemindəki ümumi nizamın qorunmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri