Icma.az
close
up
RU
İnfluenser və brend əməkdaşlığı necə yaranır?

İnfluenser və brend əməkdaşlığı necə yaranır?

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal dünyada brendlər öz məhsul və xidmətlərini geniş auditoriyalara tanıtmaq üçün influenser marketinqindən fəal şəkildə istifadə edirlər. İnfluenserlər vasitəsilə aparılan kampaniyalar, markaların müştəri etimadını qazanmasına, tanınmasını artırmasına və satışlara birbaşa təsir edir. 

Ötən yazıda günümüzün təlabatı olan mövzunu şərh edib, “Nəyə görə influenserlik yaranır, istiqamət olaraq seçilir, hətta gələcək peşə kimi arzulanır” məsələsinə toxunduq.

Yazımızda bəhs etmişdik ki, rəqəmsal aləmdə də brendlər məhsullarını auditoriyalarına təqdim etmək üçün influenser əməkdaşlıq yardımlarını agentliklərdən alırlar.

Yaxşı, bəs, maraqlıdırmı bu proses necə baş verir, influenserlər nəyə əsasən seçilir? Brendlər influenser seçərkən hansı nüanslara diqqət edir?

Kateqoriya uyğunluğu –İnfluenserin fəaliyyəti və auditoriyası brendin təqdim etdiyi məhsul və ya xidmətlə uzlaşmalıdır. Məsələn, əmlak sektoru ilə bağlı bir kampaniya üçün oyun və ya idman kateqoriyasına aid influenserlərin seçilməsi effektiv nəticə verməyəcək.

İzləyici sayı – Brendlər adətən 20,000 və daha çox izləyicisi olan influenserlərlə əməkdaşlığa üstünlük verirlər. Nəzərinizə çatdıraq ki, burada kateqoriya mühim rol oynayır. Mikro influenserlər səhifələrinin yeni və aktiv olduğuna görə, makro influenserlər isə böyük auditoriyası olduğu səbəbindən seçilir. 

Səhifənin aktivliyi – Brend influenser seçimi etdiyi zaman influenser tərəfindən səhifədə paylaşılan məzmunların “Bəyənmə sayı”nın gizli olub-olmadığına diqqət edir. Səhifədə “Bəyənmə”lərin gizli olması brenddə şüuraltı olaraq influenser səhifəsinin aktivliyinin zəif olduğu mesajını ötürür.

Paylaşım tezliyi – Müntəzəm paylaşımlar edən və aktiv hekayələr yayımlayan influenserlər auditoriya ilə güclü əlaqə qururlar. Belə ki, 1 gün aralıqla paylaşılan postlar, səliqəli feed, aydın bio agentlik və brendlərdə sözsüz ki, ilkin olaraq xoş təəssürat yaradır. Tez-tez edilən paylaşımlar, hekayə bölümünün boş qalmaması influenserin günün müəyyən saatlarında auditoriyası ilə kommunikasiyada olub məhsul, fikir alış-verişi ilə məşğul olduğundan xəbər verir.

Agentliklərin rolu və seçim prosesi

Brendlər influenser seçimini birbaşa həyata keçirə biləcəkləri kimi, bu prosesi peşəkar influenser agentliklərinə də həvalə edə bilərlər. influencer.az  bu prosesdə aşağıdakı nüanslara əsaslanaraq seçim edir:

İzləyici sayı və səhifənin aktivliyi – İnfluenserin auditoriyasının real olub-olmaması, aktivlik dərəcəsi müxtəlif tətbiqlər və daxili analiz sistemləri vasitəsilə yoxlanılır.

Əvvəlki əməkdaşlıqlar – İnfluenserin son əməkdaşlıq etdiyi brendlər və həmin kampaniyaların effektivliyi nəzərdən keçirilir.
Sürətli geri dönüş – Agentliklər sorğulara tez cavab verən və əməkdaşlıq prosesini çevik şəkildə idarə edə bilən influenserlərlə işləməyə üstünlük verirlər.

Qiymət təklifi – İnfluenserin təqdim etdiyi qiymət və büdcəyə uyğunluğu qiymətləndirilir.

Rəqib markalarla əməkdaşlıq – Brendlər, adətən, rəqib şirkətlərlə əməkdaşlıq edən influenserlərlə müəyyən müddət ərzində (ortalama 3 - 6 ay) işləmək istəmir. Bu nüans diqqətlə analiz edilir və uyğun olmayan influenserlər siyahıdan çıxarılır.

İnfluenser seçimində mühim detallar

Brendin seçdiyi influenserlə birbaşa əlaqə yaradılır, ona layihə brifi təqdim olunur və qiymət təklifi alınır. Bundan sonra layihə üçün uyğunluğu dəyərləndirilir və təsdiqlənmiş influenserlər ilə əməkdaşlıq baş tutur.

Yazı ilə tanış olduqdan sonra, əgər hələ də layihənizə uyğun influenser tapmaqda çətinlik çəkirsinizsə, nəyə görə bütün yükü bazasında 1200-dən çox influenser məlumatını saxlayan influenser marketinq agentliyinə həvalə etməyəsiniz ki?!

Brendinizin tanınmasını artırmaq və effektiv influenser marketinq strategiyası qurmaq üçün bizimlə əlaqə saxlayın!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri