“İnformativ stres və sosial mediadan gələn qorxular insan psixikasına birbaşa təsir edir” ŞƏRH EDİLDİ
Sia Az saytına istinadən Icma.az xəbər verir.
"İnsanları riskli amillərə doğru aparan müxtəlif qorxular mövcuddur və bu qorxuların təsiri ilə insanlar çox zaman geri addım atırlar. Çünki insan müəyyən bir qorxunu formalaşdıraraq onu düşüncəsində həddindən artıq böyüdür və nəticədə həmin risklərdən uzaq dayanmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, lakin sosial şəbəkələrdə və mediada formalaşan qorxular birbaşa informativ stres yaradır: "Bu isə insan psixologiyasına daha dərin təsir göstərir. Məlumdur ki, insan hər hansı risklə qarşılaşarkən ilk növbədə emosional risklərdən qorxur və bu qorxu onu geri çəkilməyə məcbur edir. İnformativ stres isə görüntülər, izlənilən materiallar və vizual təsirlər vasitəsilə birbaşa şüura təsir etdiyinə görə, bu hallarda insanlar qorxularla bağlı fikirlərini ifadə etməkdə belə çətinlik çəkirlər. Bəzi insanlar səhər saatlarında qarşılaşdıqları stresli məlumatların təsiri nəticəsində danışıq problemləri, psixoloji gərginlik və digər narahatlıqlar yaşadıqlarını bildirirlər. Bu cür hallardan sonra onlar sosial media və digər platformalardakı görüntülərə baxmaqdan imtina edirlər. Təbii ki, bu cür vəziyyətlərdə psixoterapevtlər və psixoloqlar kollektiv şəkildə dəstək göstərərək, ilkin mərhələdə informativ stresdən uzaq durmaq üçün sosial mediadan məsafə saxlamağı tövsiyə edirlər.
Çünki bəzən müşahidə olunur ki, insanlar həyata adaptasiya olmaq üçün günə müsbət düşüncələrlə başlamaq əvəzinə, səhər yuxudan oyanan kimi telefonlarına baxır, “dünəndən bu günə nə baş verib” sualı ilə günlərini neqativ xəbərlərlə açırlar. Bu isə təbii olaraq qorxu, gərginlik və psixoloji narahatlıqları daha da artırır. Buna görə də hər hansı qorxu və fobiyalardan uzaq olmaq üçün insan öz psixoloji xüsusiyyətlərini yaxşı tanımalıdır. Necə ki, hər kəs qan qrupunu bilir, eyni şəkildə psixoloji zəif və güclü tərəflərini də dərk etməlidir. Bu zaman insan öz zəif cəhətlərini gizlətmədən, bir mütəxəssislə, psixoloqla açıq şəkildə söhbət apararaq bu problemlərin öhdəsindən daha rahat gələ bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















