İngiltərə Premyer Liqası: Avrokuboklara vəsiqə qazanan bütün klublar məlum oldular
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərə Premyer Liqasında sonuncu turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, çempionatın 38-ci həftəsində növbəti mövsüm avrokuboklarda iştirak edəcək bütün komandalar bəlli olublar.
"Mançester Siti" səfərdə "Fulhem"in qonağı olub. "Şəhərlilər" rəqibə şans verməyiblər - 0:2.
"Liverpul" "Kristal Pelas"ı qəbul edib. Mersisaydlılar mövsümün son matçında 1 xalla kifayətləniblər - 1:1.
"Aston Villa" öz meydanında "Mançester Yunayted"lə qarşılaşıb. Yerli komanda "qırmızı şeytanlar"ın qarşısında aciz qalıb - 0:2.
"Nyukasl" "Everton"la mübarizədə uğursuz olub. Görüşün taleyini qonaqların 1 qolu həll edib - 0:1.
"Çelsi" "Nottinqem"lə üz-üzə gəlib. "Zadəganlar" səfər matçından qalib ayrılıblar - 0:1.
"Arsenal" "Sauthempton"u sınağa çəkib. "Topçular" meydan sahiblərindən üstün olublar - 1:2.
Beləliklə də, ilk 5-likdə qərarlaşan "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi" və "Nyukasl"ın növbəti mövsüm UEFA Çempionlar Liqasında, turniri 6-cı sırada başa vuran "Aston Villa"nın UEFA Avropa Liqasında, 7-cı sırada yer alan "Nottinqem"in isə UEFA Konfrans Liqasında çıxış edəcəyi rəsmiləşib.


