İnklüziv təhsilə cəlb olunan uşaqların sayı açıqlanıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 24 noyabr, Aysel Azadqızı, AZƏRTAC
Hazırda ümumi təhsil müəssisələrində 414 uşaq inklüziv təhsilə cəlb olunub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, inküziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələri uşaqların ehtiyaclarına uyğun didaktik materiallarla təmin olunub, fərdi və qrup məşğələlərinin keçirilməsi üçün köməkçi otaqlar təşkil edilib. Köməkçi otaqlar inklüziv tədris prosesi üçün müvafiq avadanlıqlarla təmin olunub.
Əlavə olaraq, ümumi təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şagirdlər üçün loqopedik xidmət otaqları təşkil olunub. Hazırda həmin müəssisələrdə ixtisaslı loqopedlər fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud şagirdlərin loqopedik məşğələlərə cəlb olunması təmin edilib. Loqopedik məşğələlərin saatları Elm və Təhsil Nazirliyinin hər tədris ili üzrə təsdiq etdiyi tədris planlarına əsasən müəyyənləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 24 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















