Icma.az
close
up
RU
İnsanları rayonlara qaytarmağın yolları AÇIQLANDI: Türkiyə modeli, oliqarxların zəbt etdikləri torpaqlar...

İnsanları rayonlara qaytarmağın yolları AÇIQLANDI: Türkiyə modeli, oliqarxların zəbt etdikləri torpaqlar...

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Regionlarda işsizlik aktual mövzulardandır. İşsizlik isə regionda yaşayanların paytaxta axın etməsinə şərait yaradır. Bu isə Bakıda bir sıra problemlər yaradır.

Bəs regionlarda işsizlik probleminin həll yolları nələrdir? Regionlarda sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün daha hansı işlər görülməlidir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, regionlarda işsizlik məsələsi çox müzakirə olunan mövzulardan biridir. Onun sözlərinə görə, bu mövzu bir sıra sosial məsələlərlə bağlıdır:

"Regionlarda iş yerlərinin az olması, şəraitin gənclərin tələbatlarına uyğun olmayan səviyyədə olması, regiondan paytaxta axını sürətləndirir. Urbanizasiya buna səbəb olur, kütləvi şəhərləşmə prosesi gedir. Bunun həm ölkə, həm də paytaxt üçün ciddi fəsadları var. Paytaxtda əmək bazarında sıxlıq, yollarda tıxac əmələ gətirir. Bir çox digər sosial fəsadları da var. Regionlarda isə fərqli fəsadlar yaranır. Regionlarda insan sayı çox olur, regionlardan əhalinin paytaxta gəlməsi isə əhalinin durumuna təsir göstərir. Regionlarda sosial və iqtisadi göstəricilər aşağı düşür. Bu, ciddi problemdir və düşünürəm ki, bu problemin qarşısının alınması üçün əlavə tədbirlər görülməlidir. Düzdür, ölkədə 2004-cü ildən etibarən "Regionların sosial və iqtisadi inkişafı ilə bağlı” dövlət proqramı ölkə başçımız tərəfindən qəbul olunub. Çox maraqlı istiqamətlər göstərilib, həmin istiqamətlər üzrə işlər gedir. Ancaq görünür ki, bunlar hələ də regionda mövcud olan sosial və iqtisadi məsələlərin tam həllinə nail ola bilmirik".

Sosioloq qeyd etdi ki, regionlarda gənclərin yaş xüsusiyyətlərinə uyğun iş sahələri açılmalıdır:

"Mən bunun tərəfdarıyam. Kollektiv iş sahələri olduğu zaman insanlar regionlarda, bölgələrdə yaşayırlar. Sovet dövründə üzümçülük sovxozları və ya digər kollektiv iş sahələri mövcud idi. Burada insanlar həm də bir-birləri ilə sosial ünsiyyət ehtiyaclarını təmin edirdilər. İnsanlar arasındakı əhvali-ruhiyə onları regionda saxlayırdı. Şəhərə gəlmək onlar üçün maraqlı deyildi. Deməli, kollektiv iş sahələrinin açılması regionlara yaxşı təsir göstərər. Gənclərin regionda qalmaları üçün onların həm də mənəvi mühiti olmalıdır. Bu səbəbdən şəhər və kənd arasındakı fərqləri xeyli azaltmaq lazımdır. Həm infrastruktur baxımından, həm də gənclərin asudə vaxtını istifadə etməsi baxımından. Çox yaxşı olar ki, regiona mədəniyyət nümayəndələri mütamadi olaraq göndərilsin".

Ü.Şəfiyevin sözlərinə görə, kitabxana, elektron kitabxana təsis olunmalı, internet resursları tam əlçatan olmalıdır:

"Gənclərin kreativ bacarıqlarını inkişaf etdirmələri üçün mühit yaradılmalıdır. Regionlardakı "Gənclər evi"nin funksionallığını artırmaq lazımdır. Gənclərin regionlarda qalmasını təmin etmək üçün torpaq islahatı da keçirilməlidir. Çünki gənclər bir çox hallarda özləri üçün torpaq sahələri tapa bilmirlər, bu səbəbdən paytaxta üz tuturlar. Çox yaxşı olar ki, regionlarda gənclərə pay torpağı ayrılsın. Pay torpaqlarında mənzil tikmək üçün şəhərdən daha aşağı faizlə ipoteka kreditləri verilsin. Faizsiz kredit vermək də olar. Qardaş Türkiyədə bu ənənə mövcuddur. Faizsiz kreditlər verilir, 3-4 ildən sonra vətəndaşlar faizsiz krediti hissə-hissə ödəyirlər. Bu da öz sırasında gənclərin regionlarda qalması üçün təminat yarada bilər. Gənclər üçün kiçik və orta sahibkarlığın inkişafı proqramlarını regionlarda həyata keçirmək olar. Regionlarda olan icra məmurlarından hesabatlar tələb etmək lazımdır. Çox yaxşı olar ki, yerli icra məmurları paytaxtdan və respublikanın digər bölgələrindən investisiyaları cəlb etsin, gənclər üçün iş şəraiti yaradılsın. Həm onlara mənzil şəraiti, həm məşğulluq müəssisələri, həm də sosial xidmətlər təqdim edilsin", - deyə sosioloq vurğuladı.

Mövzu ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, Azərbaycan ərazisinin böyük hissəsi kənd təsərrüfatı yönümlü ərazilərdir. Onun sözlərinə görə, heyvandarlıq, balıqçılıq, meşə təsərrüfatı və digər sahələrlə məşğul olmaq daha əlverişlidir:

"Hesab edirəm ki, Azərbaycan hökumətinin əsas strategiyası ondan ibarət olmalıdır ki, əsas kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bu inkişaf istiqamətlər müəyyən edilərək həyata keçirilməlidir. Məsələn, ərzaq buğdası və pambıq - bu sahələrin heç birində uğur qazana bilmirik. Pambıq Azərbaycanda emal edilmir. Yalnız xam forma olaraq, emal edilmir. Emal o deməkdir ki, xammaldan məhsul hazırlansın. Pambıq yarımfabrikat formaya gətirilir. Onu satdığımız zaman Türkiyədən başqa heç kim almır".

Ekspert qeyd etdi ki, Azərbaycan keçən il xaricdən 4 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları idxal edib:

"İndi pambıq istehsal etməliyik, yoxsa kənd təsərrüfatı məhsulları? Həmçinin, kənd təsərrüfatı məhsullarını Azərbaycanda çox rahatlıqla istehsal etmək olur. Nəinki pambıq, taxıl kimi çətin yetişən bitkilər. Kənd təsərrüfatı ərzaqlarını ölkə daxilində istehsal etməyə yönəlsək, 4 milyard dollar ölkədə qalacaq. Biz bununla idxalı azaldıb, ixracı artırmış olacağıq. Bununla biz ölkənin xarici ticarətinə təsir göstərə bilərik. Ölkə daxilində valyutaya tələbatı azalda bilərik. Bölgələrdə iş yerləri aça bilərik. Orta hesabla, 15-20 min kənd təsərrüfatı ilə məşğul olan əhali üçün emal sexi açıla bilər. Biz emal sexi yaradırıq, məsələn, "Günəbaxan yağı çəkən" bir sex. Buranın ətrafındakı bölgələr günəbaxan yetişdirib satır həmin zavoda və zavod bu formada fəaliyyət göstərir. Həm əhalinin məşğuliyyəti artır, həm də ölkəyə idxal azalır, valyuta ölkənin daxilində qalır".

Həmsöhbətimizin sözlərinə görə, pambıq istehsalına başlayandan etibarən 1 il pambıq bizə iki yüz əlli milyon dollar valyuta gətirib:

"Hesab edirəm ki, bütün bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalı genişləndirilməlidir. Bunun üçün hökumət əlindən gələni etməlidir. Oliqarxlar var ki, torpaqları zəbt ediblər. Ürəkləri nə istəyirsə, əkməkdə sərbəstdirlər. Azərbaycanın tələbatını nəzərə almırlar. Bu torpaqlar sadə adamlara verilməlidir. Kənd təsərrüfatında özəl sektora vəsait qoyulmalıdır. Özəl sektorun inkişafına imkan yaradılmalıdır", - deyə A.Nəsirli bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see133

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri