Icma.az
close
up
RU
İnsult: necə qorunmalı?

İnsult: necə qorunmalı?

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Oktyabrın 29-u Ümümdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur

İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. İnsultların təxminən 80%-i beyin damarlarının tıxanması, 20%-i isə beyin qanaması nəticəsində yaranır. Ağır gedişli insultlardan sonra baş -beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir. İnsulta daha çox şəkərli diabet və ürək-damar xəstəliklərində rast gəlinir. Arterial təzyiqin yüksəlməsi, siqaret çəkmə, artıq çəki, hərəkət məhdudluğu gənc nəsil arasında da insult hallarına səbəb olur. Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.

Dünyada yaşlılar arasında hər altı nəfərdən biri beynin qan dövranının kəskin pozulması ilə üzləşir. Onların dörddə üçü işemik, qalanları hemorragik insult keçirənlərdir. Elə həmin il Dünya Səhiyyə Təşkilatı insultu qlobal epidemiya elan edib. Beynəlxalq İnsultla Mübarizə Təşkilatı 2006-cı ilin oktyabrında təsis olunub. Onun 85 ölkədən 3,5 mindən çox fərdi və 60-dan çox kollektiv üzvü var. Təşkilatın təşəbbüsü ilə həmin ildən İnsultla Mübarizə Günü qeyd olunmağa başlayıb. Dünyanın 40 ölkəsində oktyabrın 29-u Ümümdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur. Həmin təqvim günü keçirilən bütün tədbirlərin hədəfi diqqəti xəstəliklə əlaqədar ölüm faizinə və insult xəbərdarlığına yönəltməkdir. Təəssüf ki, çox vaxt nə xəstələr, nə də onların ətrafındakılar xəstəliyin əlamətlərini hiss etmirlər.

Ağıza nəzarəti itirmək, dodaqların əyilməsi və ya yerini dəyişməsi, qollarda və ayaqlarda birtərəfli uyuşma, cüt görmə, görmə qabiliyyətinin itirilməsi, bulanıq görmə, göz qapaqlarının hərəkətinin itirilməsi, udma problemləri və oxşar simptomlar müşahidə edilirsə insult ehtimalı var. Qismən insult olan insanlarda insulta məruz qalmamış göz düz, məruz qalan göz isə yana və ya aşağıya baxır. Təsirə məruz qalan göz yuxarı və ya aşağı hərəkət edə bilmir və ya hərəkəti məhduddur.Göz bəbəyi normal və ya genişlənmiş ola bilər və işığa məruz qaldıqda sağlam göz kimi kiçilmir.

İnsult xəstələrinin tam sağalma şansı insultun gücündən, beyin zədələnməsinin yerindən, xəstənin yaşından, ümumi sağlamlığından və tətbiq olunan müalicələrdən asılıdır. Təəssüf ki, bəzi insult xəstələri tam sağalmır. Bəzən insult keçici ola bilir, bunu keçici işemik tutma və ya "mini-insult" olaraq adlandırırlar. Simptomlar adətən 5-10 dəqiqədən az davam edir və heç bir müalicə olmadan öz-özünə keçir. İnsult xəstəsi bir il ərzində qismən və ya tam sağala bilər. Bir ildən çox davam edən simptomlar sağalmanın daha yavaş olmasına səbəb ola bilər. İlk insult keçirən bir insanın sonrakı illərdə başqalarına nisbətən daha çox insult keçirmə riski daha yüksəkdir. İnsult keçirən insanların təxminən 15-30 faizi insultdan sonrakı yaxın dövrdə və ya üç il ərzində ölür. İnsult keçirib sağ qalanların təxminən 70 faizi uzun yaşayır.

İnsultun psixoloji gərginlikdən ola bilmə ehtimalı da istisna edilmir. Ümumiyyətlə, insultun meydana gəlməsində həm psixologiya, həm də fiziologiya iştirak edir. Uzun müddət davam edən depressiya və ya davamlı stress qan təzyiqinin artmasına, qan damarlarının daralmasına və qan axınının pozulmasına səbəb ola bilər ki, nəticədə insult meydana çıxar. İnsultların 80%-i tıxanma nəticəsində, 15%-i isə qanaxma ilə nəticələnir. İnsult sürətli müdaxilə tələb edən xəstəlikdir və ilk 4-5 saat insult müalicəsində çox vacibdir.

Qan təzyiqini nəzarətdə saxlamaq insult riskinin 35-45%-nin qarşısını ala bilər. Elmi araşdırmalara görə, insultdan qorunmaq üçün qan təzyiqi 140/90-dan aşağı saxlanılmalıdır. Siqaret çəkmək siqaret çəkməyənlərlə müqayisədə insult riskini ikiqat artırır. Stress və qəfil gərginlik bədənin immun sisteminə mənfi təsir göstərir. Yaş saçlarla çölə çıxmaq, qəfil temperatur dəyişiklikləri və hətta qripdən qaynaqlanan soyuqdəymə üz iflicinin potensial səbəbləri ola bilər.

Bir çox insult xəstəsinə B vitamini əlavələri tövsiyə olunur. Dərmanlarla yanaşı, masaj və üz hərəkətləri məşqləri, məsələn, şar üfürmək, saqqız çeynəmək və fit çalmaq müalicə zamanı üz əzələlərinin atrofiyasının qarşısını almaqda olduqca faydalıdır.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri