“İnter” ağır itki ilə üzləşdi
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
A Seriyasının lideri “İnter” ağır itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın kapitanı və bombardiri Lautaro Martines yenidən zədələnib.
Ötən bazar günü bir aylıq fasilədən sonra yaşıl meydanlara qayıdan və “Roma”nı 5:2 hesabı ilə darmadağın etdikləri matçda dubl edən argentinalı forvardın sevinci uzun sürməyib. Klubun rəsmi bəyanatında bildirilir ki, müayinələr zamanı Lautaronun sol ayağında əzələ gərginliyi aşkar edilib.
Təcrübəli hücumçu ən azı iki həftə komandasına kömək edə bilməyəcək. Onun vəziyyəti bir neçə gündən sonra yenidən qiymətləndiriləcək.
Statistika göstərir ki, Lautaronun olmadığı dövrlərdə “nerazzurri” ciddi xal itkiləri yaşayır. Onun əvvəlki zədə dövründə komanda 7 oyunda cəmi 2 qələbə qazana bilmişdi.
Ulduz futbolçu hazırda 26 oyunda vurduğu 16 qolla İtaliya çempionatının bombardirlər siyahısına başçılıq edir.
Baxış sayı:111
Bu xəbər 10 Aprel 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















