Icma.az
close
up
RU
“İnter MMC” rəhbərindən görünməmiş özbaşınalıq Qabil Əliyev vətəndaşın pulunu ödədiyi mənzilləri mənimsəyib

“İnter MMC” rəhbərindən görünməmiş özbaşınalıq Qabil Əliyev vətəndaşın pulunu ödədiyi mənzilləri mənimsəyib

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47, mənzil 19 ünvanda yaşayan Adıgözəlova Könül Əlövsət qızı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçiləri – Fuad Ələsgərova, Kərəm Həsənova və Baş prokuror Kamran Əliyevə müraciət edərək, məhkəmə qərarlarının icra olunmaması və ona məxsus mənzillərin faktiki olaraq “yoxa çıxarılması” barədə məlkumat verib.

Sürəti  Gununsesi.info-ya təqdim olunmuş müraciətdə bildirilir ki, Könül Adıgözəlova ilə “İnter” MMC-nin direktoru Qabil Əliyev arasında 19 aprel 2019-cu il tarixində bağlanmış müqavilələrə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən binada iki mənzil satılıb.

“C” blokunun 22-ci mərtəbəsində yerləşən 195 kvadratmetr sahəsi olan 136 saylı mənzil;

23-cü mərtəbədə yerləşən 80 kvadratmetr sahəsi olan 137 saylı mənzil.

Vətəndaş bildirir ki, hər iki mənzilin dəyəri tam ödənilib və bunu təsdiq edən rəsmi maliyyə arayışı da “İnter” MMC tərəfindən təqdim olunub. Lakin buna baxmayaraq, tikinti şirkətinin rəhbəri Qabil Əliyev mənzilləri təhvil verməkdən yayınıb.

Hüquqları pozulduğu üçün vətəndaş məhkəməyə müraciət edib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(011)-3790/2022 saylı qətnaməsi ilə “İnter” MMC-nin sözügedən mənzilləri vətəndaşa təhvil verməsi, habelə həmin mənzillərə dair sahiblik və istifadə hüquqlarına hər hansı maneə yaratmasının qadağan edilməsi qərara alınıb.

Bu məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb.

Lakin bütün instansiyaların qərarlarına baxmayaraq, “İnter” MMC-nin sahibi Qabil Əliyev məhkəmə qətnamələrini icra etməkdən yayınır.

Müraciətdə xüsusilə vurğulanır ki, məhkəmə prosesləri zamanı mənzillərin mövcud olmaması ilə bağlı heç bir iddia irəli sürülməyib. Əksinə, Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasova tərəfindən mübahisəli mənzillərə yerində baxış keçirilib, müayinə protokolu tərtib olunub.

Həmin baxış zamanı Qabil Əliyev mənzillərin mövcud olduğunu təsdiqləyib və yalnız təhlükəsizlik səbəbi ilə binaya girişin məhdudlaşdırıldığını bildirib.

Buna baxmayaraq, məhkəmə qərarı icra mərhələsinə çatdıqdan sonra “İnter” MMC bu mənzillərin guya layihədə mövcud olmadığını iddia etməyə başlayıb.

Vətəndaş iddia edir ki, məhz məhkəmə qərarını icra etməmək üçün mənzillərin nömrələri dəyişdirilib, arakəsmələr sökülüb və yenidən tikilib, sahələr manipulyasiya olunaraq “belə mənzillərin mövcud olmadığı” görüntüsü yaradılıb.

Müraciətdə daha bir ciddi fakt diqqətə çatdırılır. Xətai Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, eyni ünvanda yerləşən A-1 blokunun 5-ci mərtəbəsindəki 189 saylı mənzilin özgəninkiləşdirilməsi “İnter” MMC-yə qadağan edilib.

Lakin vətəndaş bildirir ki, bu mənzil də sonradan ortadan yoxa çıxıb və qadağaya baxmayaraq faktiki olaraq icra olunmayıb.

“Mənə heç kim bata bilməz” iddiası

Müraciətdə ən ciddi ittihamlardan biri də budur ki, Qabil Əliyev öz əməllərini ört-basdır etmək üçün hüquq-mühafizə orqanlarının bəzi rəhbər şəxsləri ilə əlaqələrinin olduğunu iddia edir və bu səbəbdən məsuliyyətə cəlb olunmayacağını deyir.

Könül Adıgözəlova qeyd edir ki, bu iddiaların doğru olub-olmadığını bilməsə də, Xətai Rayon Məhkəmə İcra Şöbəsinin əməkdaşlarının faktiki olaraq Qabil Əliyevə qarşı heç bir ciddi tədbir görməməsi onun narahatlığını daha da artırır.

Qanun nə deyir?

Müraciətdə Mülki Prosessual Məcəllənin 15.2 və 15.3-cü maddələrinə istinad edilir. Həmin maddələrə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və icra olunmaması məsuliyyət yaradır.

Vətəndaş bildirir ki, bütün bu müddət ərzində Qabil Əliyev heç bir məsuliyyət hiss etmir və məhkəmə hakimiyyətinə açıq hörmətsizlik nümayiş etdirir.

Müraciətin sonunda Könül Adıgözəlova Prezident İlham Əliyevdən məsələni nəzarətə götürməyi, məhkəmə qərarlarının icrasının təmin olunmasına və “İnter” MMC-nin rəhbərinin məsuliyyətə cəlb edilməsinə kömək göstərməyi xahiş edir.

Vətəndaş bildirir ki, ən azı tikinti şirkətinin yeni inşa etdiyi binadan mənzil ayrılmaqla belə məhkəmə qərarları icra oluna bilər və bununla da onun Konstitusion hüquqları bərpa edilər.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri