Icma.az
close
up
RU
İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü Borc almışdım dedi

İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü Borc almışdım dedi

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Qaradağ Rayon Məhkəməsində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş oğurluq cinayəti ilə bağlı cinayət işi üzrə hökm elan olunub.

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən təqsirləndirilən şəx Ə.V. Qaradağ rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzinin yaxınlığında avtomobilə sərnişin kimi əyləşərək sürücünün mobil telefonundan istifadə edib. İttihama görə, o, internetə qoşulmaq bəhanəsi ilə bir neçə dəfə zərərçəkmişin telefonunu götürərək mobil bank tətbiqi vasitəsilə zərərçəkmişə məxsus bank hesabından öz bank kartına 700 manat köçürüb.

İstintaq orqanı hesab edib ki, həmin vəsait elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə gizli talanıb və təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq) maddəsi ilə tövsif olunub.

Məhkəmə iclasında Ə.V. özünü təqsirli bilməyib. O bildirib ki, köçürülən 700 manat oğurluq yolu ilə deyil, zərərçəkmişin razılığı ilə borc kimi götürülüb. Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vəsait anasının əməliyyat xərclərinin ödənilməsi məqsədilə alınıb və zərərçəkmiş bununla razılaşıb. O, sonradan maddi çətinliklər və səhhətində yaranan problemlər, o cümlədən insult keçirməsi səbəbindən borcu vaxtında qaytara bilmədiyini deyib.

Ə.V. məhkəmədə həmçinin bildirib ki, zərərçəkmişin bank hesabında daha çox vəsait olsa da, yalnız ehtiyacı olan 700 manatı köçürməsi onun oğurluq niyyətinin olmadığını göstərir. O əlavə edib ki, dəymiş ziyan tam ödənilib və zərərçəkmiş artıq ondan şikayətçi deyil.

İbtidai istintaq zamanı verilmiş ifadəsində isə Ə.V. ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. Həmin ifadədə göstərilib ki, zərərçəkmiş onun ailə vəziyyətini və maddi çətinliklərini öyrəndikdən sonra 700 manatı müvəqqəti borc kimi verməyə razılaşıb və pul məhz zərərçəkmişin razılığı ilə onun bank kartına köçürülüb. Sonradan tərəflər arasında vəsaitin geri qaytarılması ilə bağlı mübahisə yaranıb.

Məhkəmə iş üzrə toplanmış sübutları araşdırdıqdan sonra Ə.V. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilib. Hökmə əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyul 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri