Icma.az
close
up
RU
İntim həyatın insan həyatı üçün faydası varmı?

İntim həyatın insan həyatı üçün faydası varmı?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Siz heç nə vaxtsa düşünmüsünüzmü intim həyat insana nə üçün verilib? Onun insan orqanizmi üçün faydası varmı? Həqiqətənmi bu yaxınlıq nəsil artırma üçün yaranıb?

Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyinə görə "sağlamlıq heç də fiziki deffektərdən və xəstəliklərdən ibarət deyil, o həm də  tam fiziki, ruhi və ictimai bir müvəffəqiyyətdir".

Ahəngdar və müntəzəm cinsi həyat - sağlamlığın fiziki eləcə də əqli kompleks göstəricisidir. Belə ki, seksual həyat "rabitə" rolunu daşıyaraq, münasibətlərin daha möhkəm qurularaq qorunmasına və yaxşılaşmasına səbəb olur. Digər tərəfdən də, sağlam intim həyat nəsil artımının göstəricisi kimi qiymətləndirilir.

İntim həyatın digər bir tərəfi də vardır ki, bu da zehni inkişafın güclənməsidir. Belə ki, cinsi əlaqə zamanı beyin oksigenlə dolur. Nəticədə boz hüceyrələr aktiv fəaliyyət göstərir, bu da öz növbəsində yaddaşı gücləndirərək öyrənmə qabiliyyətini artırır.

Dünya səhiyyə ekspertlərinin fikrincə seksual sağlamlıq - fiziki, psixoloji və sosial bir rifahdır. Bunun üçün seksual münasibətlərə pozitiv və hörmətlə yanaşmalı, həmçinin məcburiyyət, zorakılıqdan uzaq olaraq təhlükəsiz və xoş cinsi münasibətlərdən istifadə etmək lazımdır.

Əgər cinsi həyatla bağlı problemlər varsa bu orqanizmdə hər hansısa problem olmasından xəbər verir. Bunun üçün isə artıq tədbirlər görülməlidir.

İntim həyat xəstəliklər üçün profilaktikadır

İntim həyat sağlamlığın qorunması üçün faydalıdır. Eləcə də, ən effektli və rahat yollarından biridir. Buna görə də, cinsi həyat - profilaktik və müalicəvi amildir. Cinsi həyat bəzi əzələ məşqləri üçün də müsbət təsir göstərir. Əlbəttə ki, çox şey fiziki forma və fantaziyadan asılıdır. Buna baxmayaraq qeyd etmək lazımdır ki, bu növ "məşqlər" yollardakı tıxaclarda saatlarla əsəb keçirərək  gözləyib idman zallarına gedərək, orda bir çox ağır məşqlər etməkdən daha zövqlüdür.

Daimi cinsi həyat immunitetin də yaxşılaşmasına müsbət təsirini göstərir ki, bu da öz növbəsində pis əhval-ruhiyyədən eləcə də, soyuqlama kimi xəstəliklərdən qorunmağa kömək edir. Yolunda gedən intim həyat qadınlar üçündə faydalıdır. Belə ki, mioma və mastopatiya kimi xəstəliklərin qarşısını almaqda faydası var.

Bilmək vacibdir! Cinsi həyata və onun faydalarına laqeyd yanaşmaq olmaz. Belə ki, o, səhər məşqinin 30 dəqiqəsini, 15 dəqiqə yaxşı bir qaçışı və yaxud 10 dəqiqəlik veloməşqi əvəz edir. Cinsi əlaqə zamanı karbohidrat mübadiləsi aktivləşir, qana isə steroid hormonları buraxılır ki, bu da relyef əzələlərinin "qurulmasına" təsir edir. Həmçinin kalorilər parçalanır (yanır), əzələlər tonuslanır, onurğa sütunu möhkəmlənir. Beləliklə, idman zalındakından daha artıq zövq alınır!

Daha çox cinsi həyat - daha çox xoşbəxtlik!

Sadə bir formul. Müntəzəm cinsi həyat zamanı insanda bir çox hormonlar yaranır. İlk öncə bunlar endorfinlər, yəni xoşbəxtlik hormonlarıdır. Bunlardan başqa digər hormonlarda yaranır. Məsələn, serotin hormonu-istirahət və rahatlıq hissi verir. Bu hormon eləcə də, əhvalı yaxşılaşdırır, psixoloji və emosional stabilliyi yaradır. Bu da səs-küylü yerlərdə yaşayanların en çox ehtiyacı olan bir şeydir. Oksitosin ağrıkəsici keyfiyyətə malikdir. Ona görə də, cinsi əlaqə baş ağrılarına müsbət təsir edir.

Qadınlar üçün cinsi həyatın faydası

Estroqenlər qadını gözəlləşdirən hormonlardır. O, dərinin, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır. Bundan başqa qadın xarakteri onun şəxsi həyatında xoşbəxt olub-olmamasından asılıdır. Diqqətli insanlar bunu daha tez və cəld hiss edib görə bilər. Qıcıqlanma, gərginlik, aqressivlik, emosional qeyri-sabitlik cinsi həyatda problemlərin olması deməkdir. Əgər heç bir problem yoxdursa qadın şən, gülərüz, incə və mehribandır.

Kişilər üçün cinsi həyatın faydası

Testosteron hormonu kişiləri daha cəsur və özünəgüvənli hiss etdirir.Bu sadəcə yataqda qələbə qazandırmır, eləcə də, iş həyatında qələbələr qazandırır. İnamlı, xeyirxah baxışlı, yaxşı bir duruş tərzi, yaradıcı yanaşma bütün sahələrdə uğur gətirir. Kişilər üçün cinsi həyat son 20 ildə yayılaraq onların həyatını yarıda qoyan miokard infarktının qarşısını almaqda kömək edir.

Cinsi həyat ömrü uzadır

Ümumiyyətlə demək olar ki, müntəzəm cinsi yaxınlıq ömrü 5 il uzadaraq onu daha rəngarəng və parlaq edir.

Cinsi əlaqənin həyata müsbət təsirlərindən çox danışmaq olar. Lakin buna ehtiyac varmı? Çünki yuxarıda həyatın bu önəmli tərəfindən kifayət qədər qeyd olunub. Buna baxmayaraq hər hansısa bir çətinliklər varsa, o zaman tədbir görməyə başlayın. Əgər köməyə ehtiyacınız olduğunu hiss edirsinizsə, o zaman çəkinmədən həkim-sekspotoloqlara müraciət edin. Belə bir mütəxəssislər nəinki cinsi həyatı, eləcə də, ayrı-ayrılıqda və yaxud da cütlük halında psixoloji harmoniyanı tənzimləyəcək./Milli.Az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri