iPhone 18 Pro da ciddi problemlər aşkarlandı
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
"Apple" yeni "iPhone" modellərində aşkarlanan bir sıra texniki problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib. Yeniləmənin əsasən "iPhone 18 Pro" və "18 Pro Max" modellərindəki nasazlıqları düzəltdiyi bildirilir.
BAKU.WS xəbər verir ki, yeniləmə ilə bağlı məlumatı "ZDNet" yayıb.
Məlumata görə, problemlərdən biri Face ID vasitəsilə üz tanıma zamanı telefonun donmasına və ya yenidən başlamasına səbəb olub. Digər nasazlıq isə Bildirişlər Mərkəzi ilə İdarəetmə Mərkəzinin eyni vaxtda açılması zamanı ekranın işləməməsi ilə bağlı olub.
Apple-ın yeni yeniləməsi bu problemləri aradan qaldırır. iOS 27.0.1 "Parametrlər" bölməsində "Əsas" və daha sonra "Proqram təminatının yenilənməsi" menyusundan yüklənə bilər.
Şirkət eyni zamanda iPad, Mac və Vision Pro üçün də müvafiq proqram təminatı yeniləmələri yayımlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Sentyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















