İqlim dəyişikliklərinin 2035 ci ilə kimi Azərbaycanda inflyasiyaya təsiri açıqlanıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankı iqlim dəyişikliyinin inflyasiyaya təsiri ilə bağlı proqnozunu açıqlayıb.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Bildirilib ki, iqlim dəyişikliyi son illərdə təkcə ekoloji deyil, həm də iqtisadi sabitlik baxımından ciddi risklər yaradır. Bu risklər arasında xüsusilə ərzaq inflyasiyası və ümumi qiymət artımları önə çıxır.
2035-ci ilə kimi iqlim dəyişikliyinin Azərbaycanda ərzaq inflyasiyasına 1.5 – 2.0 faiz bəndi artırıcı təsir edəcəyi proqnozlaşdırılıb. AMB hesab edir ki, ümumi inflyasiyaya təsir isə 0.5 – 1.0 faiz bəndi ola bilər. Qeyd olunub ki, artan temperatur və iqlim riskləri, xüsusilə kənd təsərrüfatında məhsuldarlığın azalması, qiymət artımını şərtləndirir.
Ümumilikdə iqlim dəyişikliklərinin qlobal təsirləri nəticəsində ərzaq inflyasiyası illik 3.2%-ə qədər, ümumi inflyasiya illik 1.18%-ə qədər arta bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Aprel 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















