İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (KASPPKOM) 8-ci sessiyası keçirilib.
Ekologiya və Təbii Sərvətər Nazirliyindən verilən xəbərə görə, sessiyada iqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılması məsələsi müzakirə edilib.
İranın təşkilatçılığı ilə onlayn formatda keçirilən KASPKOM-un 8-ci sessiyasında Azərbaycanın Milli Hidrometeorologiya Xidmətinin nümayəndə heyəti də iştirak edib.
Qeyd edilib ki, tədbir zamanı təşkilata üzv ölkələrin milli hidrometeorologiya qurumlarının nümayəndələri Xəzər dənizində aparılan hidrometeoroloji müşahidə işlərinin nəticələrini müzakirə ediblər.
Tədbir iştirakçıları tərəfindən iqlim məsələləri üzrə işçi qrupun yaradılması, KASPKOM və Tehran Konvensiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi üzrə iqlim bülletenləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə tərəddüdünə mənfi təsirləri xüsusi vurğulanıb.
Sonda KASPKOM-un növbəti 9-cu sessiyasının Qazaxıstanda ənənəvi formatda keçirilməsi qərara alınıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Noyabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















