Icma.az
close
up
RU
İqlim dəyişmələrinin yaratdığı ekoloji fəsadlar qlobal iqtisadi, siyasi gündəliyin əsas mövzularından biridir ŞƏRH AZƏRTAC

İqlim dəyişmələrinin yaratdığı ekoloji fəsadlar qlobal iqtisadi, siyasi gündəliyin əsas mövzularından biridir ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 noyabr, AZƏRTAC

İqlim dəyişmələrinin yaratdığı ekoloji fəsadlar qlobal iqtisadi, siyasi gündəliyin əsas mövzularından biridir. Son onillikdə iqlim dəyişmələrinin fəsadları ilə mübarizə əsasında formalaşmış qlobal iqlim gündəliyinin həyata keçirilməsi yaşıl enerjiyə keçid tendensiyasını bütün ölkələr üçün gücləndirib. Fikrimcə, yaşıl enerjiyə keçid texnologiyaları sosial-iqtisadi problemlərin tarazlaşdırılmış həllini nəzərdə tutan davamlı inkişafa keçidin mümkün yolu hesab olunmalıdır. Son bir neçə il ərzində isə ekoloji problemlər və yaşıl enerjiyə keçid gündəliyi dünya birliyinin bütün ölkələri kimi, Azərbaycan, eyni zamanda, onun iqtisadi-ticari və strateji tərəfdaşları üçün də aktual olacaq. Azərbaycan üçün yaşıl enerjiyə keçid çərçivəsində yeni yaşıl texnologiyalar artıq iqtisadi transformasiyalara gətirib çıxarıb və biz bu yolun başlanğıcındayıq. Yaşıl enerjiyə keçidin əsas məqsədi iqlim dəyişmələrinə səbəb olan ətraf mühitə antropogen təsirin azaldılmasıdır. Lakin artıq yaşıl keçidin həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün müəyyən maliyyə, texnoloji və digər risklər formalaşdırması müşahidə edilir. Bu risklərin qarşısının alınması üçün isə yaşıl keçidin real vəzifələri, lokal, regional və qlobal ehtiyacları, bu ehtiyacların faktiki və proqnozlaşdırılan hədləri, artan qlobal enerji kəsiri və s. ilə müəyyən edilməlidir. Bunu üçün isə yaşıl enerjiyə keçidin iqtisadi və siyasi tərəfləri nəzərə alınmaqla faktiki yol xəritəsi müəyyələşdirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva söyləyib.

Y.Hacıyeva bildirib ki, COP29 çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i həm də yaşıl enerjiyə keçidin yol xəritəsi kimi qəbul etmək lazımdır. Saziş eyni milli, dini köklərə malik, tarixən oxşar və bəzən də eyni adət və ənənələr, ortaq dil qrupu, mədəniyyəti və dini birləşdirən hər üç ölkə üçün yaşıl enerjiyə keçid çərçivəsində çoxşaxəli tərəfdaşlığın inkişafı üçün əsas istiqamətləri və keçidin iqtisadi prioritetlərini müəyyən edir. Yaşıl enerjiyə keçid üçün ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatların yaşıl enerjiyə keçidə adaptasiyası və bunun üçün də müvafiq logistika infrastrukturlarının inkişaf etdirilməsini və digər məsələləri nəzərdə tutur. Adaptasiya prosesi enerji , metallurgiya, energetika, avtomobil və digər sənaye sahələrinin, xüsusilə də kənd təsərrüfatı, elektrotexnika, tekstil sənayesi, turizm və digər sahələri də əhatə edir. Nəzərə almalıyıq ki, hər üç ölkə həm də Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür. Bu dövlətlər, həmçinin regional və qlobal xarakterli bir çox məsələlərdə eyni və ya oxşar mövqedən çıxış edir.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici siyasətlərinin əsas prioriteti coğrafi və digər mövqe üzərindən böyük geosiyasi və geoiqtisadi əhəmiyyətə malik Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üzərindən qurulub. Bu prosesin əsası hələ keçən əsrin əvvəlində Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda qoyulub. Hər üç ölkənin TDT-dən başqa, BMT, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər çoxşaxəli institutlar kimi beynəlxalq təşkilatların platformaları çərçivəsində milli maraqlara söykənmiş əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd edim ki, qlobal səviyyədə sənayelərin aşıl enerjiyə keçidi qarşısında ciddi maneələr də var”, - deyə Y.Hacıyeva vurğulayıb.

Ekspert əlavə edib ki, yaşıl enerjiyə keçid proqnozlaşdırılan qlobal ehtiyaclar və artan qlobal enerji çatışmazlığı fonunda milli maraqlar və sənaye suverenliyinin təmin edilməsini nəzərə almalıdır. Odur ki, yaşıl enerjiyə keçid konsepsiyası dayanıqlı inkişafın mahiyyəti baxımından dəyərləndirilsə də, bu amillər nəzərə alınmalı və sənayenin yaşıl enerjiyə keçidində maneələrin aradan qaldırılmasının əsas istiqamətləri müəyyənləşdirilməlidir. Burada isə yaşıl enerjiyə keçid siyasətinin hazırlanmasında yaşıl transformasiya mövcud institusional, təşkilati və rəqəmsal maneələr kimi təsirlər izlənməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri