Icma.az
close
up
RU
İqtisadçı: Azərbaycan Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər

İqtisadçı: Azərbaycan Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Bu gün yayımlanan "Hədəf" verilişində qonaq olan iqtisadçı Emin Qəribli Azərbaycan-Türkmənistan münasibətlərinə toxunaraq, enerji və nəqliyyat sahələrinin regional əməkdaşlıqda əsas amil olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, onun sözlərinə görə, enerji faktoru bu münasibətlərdə xüsusi rol oynayır:

"Türkmənistan dünyanın ən zəngin qaz ehtiyatlarına malik ölkələrindən biridir. Bu ölkə enerji baxımından strateji əhəmiyyət daşıyır. Bundan əlavə, artıq qeyd etdiyimiz kimi, Şərq-Qərb nəqliyyat dəhlizi də məhz Azərbaycan ərazisindən keçir. Bu səbəbdən enerji və nəqliyyat sahələri bu gün regional əməkdaşlığın əsasını təşkil edir və gələcəkdə digər enerji layihələrinin inkişafına da zəmin yaradır".

Emin Qəribli həmçinin iki ölkə arasında artan ticarət dövriyyəsinə də diqqət çəkib:

"Bugünkü ticarət dövriyyəsinə baxsaq, görərik ki, artıq 800 milyon dollara çatıb. 2022-ci il 2021-ci illə müqayisədə, 2023-cü il isə 2022-ci illə müqayisədə əhəmiyyətli artım müşahidə olunub. Bu da göstərir ki, iqtisadi maraqlar nəzərə alınmadan bu cür inkişaf mümkün deyil. Biz qazı İrandan 180-250 dollar civarında alırıq, daha sonra ixrac etdiyimiz qazı 300-500 dollar arası qiymətə satırıq. Bu, ölkəmiz üçün həm səmərəli, həm də dayanıqlı qaz təchizatını təmin edən mexanizmdir. Sabit boru kəmərləri sayəsində biz enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edirik".

Gələcək planlara da toxunan iqtisadçı bildirib ki, türkdilli ölkələr, o cümlədən Türkmənistan, qazının Avropaya çatdırılması məsələsini nəzərdən keçirir:

"Gələcəkdə alternativ qaz boru kəmərlərinin çəkilməsi və bu qazın Azərbaycan vasitəsilə Avropaya çatdırılması mühüm məsələlərdən biridir. Bu, həm regionun inteqrasiyası baxımından, həm də Avropanın enerji təhlükəsizliyi kontekstində strateji əhəmiyyət kəsb edir".

Qəribli bildirib ki, bölgədəki siyasi və iqtisadi qeyri-sabitlik fonunda Azərbaycan alternativsiz və etibarlı bir enerji marşrutu kimi çıxış edir:

"Şimalda və cənubda müəyyən problemlər mövcuddur. Bu səbəbdən Azərbaycan etibarlı və sanksiyalardan kənar bir enerji pəncərəsi rolunu oynayır. Türkmənistan hazırda əsasən Çinə və digər ölkələrə qaz ixrac edir, lakin Avropa bazarı da bu resurslara ciddi maraq göstərir".

Oksana Orucova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 İyul 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri