İqtisadi fəal əhalinin sayı 5417,7 min nəfərdir
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət Statistika Komitəsinin məlumatına görə, məşğulluq və işsizlik 2026-cı il iyulun 1-i kimi iqtisadi fəal əhalinin sayı 5417,7 min nəfər olmuş, onlardan 5137,1 min nəfərini məşğul əhali təşkil etmişdir.
Cari il iyunun 1-nə kimi muzdla çalışan işçilərin sayı 1790,6 min nəfər, o cümlədən dövlət sektorunda 859,9 min nəfər, qeyri-dövlət sektorunda isə 930,7 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 30,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1760,1 min nəfər çalışmışdır.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,7 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.
Xidmət sahəsində işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.
2026-cı il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər olmuş, onların 52,3 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 475,8 manat olmuşdur.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 21 İyul 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















