İqtisadiyyat Nazirliyi SİF və AİŞ in əməkdaşlarının ixtisarı ilə bağlı xəbərlərə münasibət bildirib
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” (SİF) publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) birləşmə formasında yenidən təşkili yolu ilə Nazirliyin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs (ABİF) yaradılıb: "Fond SİF-in və AİŞ-in hüquqi varisidir, onların hüquq və öhdəlikləri, bütün əməkdaşları, həmçinin əmlakı Fonda keçir. SİF və AİŞ-in əməkdaşlarının heç biri ixtisara salınmır və fəaliyyətlərini Azərbaycan Biznesinin İnkişafı Fondunda davam etdirəcəklər".
Qeyd edilib ki, ölkə Prezidentinin 2024-cü il 23 dekabr tarixli Fərmanı ilə ABİF-in Nizamnaməsi təsdiq edilib və Fond dövlət qeydiyyatına alınıb. Aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə Fondun Müşahidə Şurası yaradılıb. Nazirlikdən bildirilib ki, hazırda ABİF-in fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 Mart 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















