Icma.az
close
up
RU
“İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır”Qüdrət Həsənquliyev

“İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır”Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
Millət vəkili öncə COP-29-un yüksək səviyyədə təşkilinə və əldə olunan nəticələrə görə hökumət üzvlərinə, xidməti olan hər kəsə təşəkkürünü ifadə edib.
Qüdrət Həsənquliyev əlavə edib ki, büdcə zərfi ilə tanışlıq iqtisadiyyatda islahatların genişləndirilməsinə böyük ehtiyac olduğunu göstərir: “İslahatların uğurlu aparılmasını təmin edəcək güclü xarizmatik prezidentin, Birinci vitse-prezidentin, qəbul olunacaq qərarların uğurla həyata keçirilməsini təmin edəcək Baş nazirin olmasını nəzərə alaraq və islahatlara inanraq, iqtidar nümayəndələrinin fərqli fikrə hörmət və dözümlə yanaşacağı ümidi ilə bəzi məsələlərə münasibət bildirmək istəyirəm.
Hörmətli həmkarlar, hökumət üzvləri!
Hər il büdcənin gəlir və xərcləri artır, iqtisadiyyatımızın həcmi böyüyür. Bu müsbət tendensiyadır, amma ÜDM-in real ifadədə 3.5%-lik artımı heç birimizi qane etməməlidir. Çünki qarşımızda həllini gözləyən iri malyyə tutumlu işlər, o cümlədən əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn ciddi qərarların qəbuluna böyük ehtiyac var.
“Milli Təhlükəsizlik haqqında” qanuna görə, milli təhlükəsizliyimizin təmin olunmasının 6 əsas prinsipindən birincisi Azərbaycan Rrespublikası Konstitusiyasına və Qanunlarına riayət olunmasıdır.
Müdafiə və təhlükəsizlik, hüquq mühafizə orqanları əməkdaşlarına, hakimlərə, dövlət qulluqçularına onların layiqli həyatını təmin edəcək qədər əməkhaqqı vermədən korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək, qanunların aliliyini və mülkiyyət toxunulmazlığını təmin etmək və beləliklə də əlverişli biznes mühiti yaratmaq qarşımızda çətin vəzifə olaraq qalacaq. İnkişafımızın qarşısında duran əsas problemlərdən biri olan bürokratik dövlət aparatı kiçildilməli, yəni optimallaşdırılmalı və bunun hesabına digərlərinin əməkhaqqı artırılmalıdır.
Birinci oxunuşda bəzi həmkarlarım bizi Qərbi Avropa ölkələri ilə müqayisə etməyi təklif edirdi, 2023-cü ildə iqtisadiyyatın əsas göstəricisi olan adambaşına düşən ÜDM-in həcmi 12 114 manat (7155 ABŞ dolları) olub. Bu Qərbi Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır. İqtisadiyyata investisiya qoyuluşu keçən illə müqayisədə 3.9 % azalıb. “Milli təhlükəsizlik haqqında” qanuna görə iqyisadiyyata investisiya qoyuluşunun azalması iqtisadi təhlükəsizliyə əsas təhdid hesab olunur. 2016-cı ildə Prezident tərəfindən təsdiq olunmuş iqtisadiyyatın inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq üzən məzənnəyə keçməli, böyük özəlləşdirməyə getməliyik.
Hər il olduğu kimi həmkarlarım hansısa işlərin görülməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün büdcədən əlavə vəsait ayrılmasını təklif edir. Amma sual yaranır, hardan kəsib hara yönəldək? Bütün istiqamətlər üzrə xərcləri artırmağa ehtiyac var. Ona görə müzakirələr daha çox büdcə gəlirlərinin artırılmasına dair təkliflər verməkdən ibarət olmalıdır”.
Millət vəkili həmçinin diqqətə çatdırıb: “Diqqətinizi bəzi rəqəmlərə cəlb etmək istəyirəm.
Səhmlərində dövlətin payı olan müəssiələrdən alınan dividentlər 612 milyon 230 min manat proqnozlaşdırılır. Onun 462 milyonunu Dövlət Neft Şirkəti ödəyəcək. Yerdə qalan 150 milyon 230 min manatını isə yerdə qalan digər müəssiələr, onların sayı və dövlət müəssiələrinin birlikdə ödəyəcəkləri vergilərin həcmi barədə də məlumat yoxdur. Hesab edirəm şəffaflıq təmin edilsə bu istiqamədə büdcəyə daha çox vəsait cəlb edə bilərik.
Təəssüf ki, büdcə sənədlərində neft-qaz və qeyri- neft-qaz sektorları, hüquqi və fiziki şəxslər üzrə vergilərə dair təsnifat aparılsa da, qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmalarının neçə faizinin özəl, neçə faizinin dövlət müəssiələri tərəfindən ödəniləcəyi barədə məlumatlar aydın görsənmir.
Hesablama Palataının rəyində də deyildiyi kimi, investisiya fəaliyyətini xarakteriza edən məlumatlar yetərli deyil. 2024-cü ilin birinci yarısında 45 409 yeni iş yeri açılıb , bunun 95.1 %- i qeyri dövlət mülkiyyətinin payına düşür. İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır. Bu həm də Konstitusiyanın tələbidir. Konstitusiyanın 59-cu maddəsinə görə dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Real həyatda isə dövlət iqtisadiyyata total nəzarəti həyata keçirir. Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq, dövlət bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradıb azad sahibkarlığa təminat verməsə indikindən artıq nəticələr əldə etmək mümkün deyil. Yerli kommersiya banklarına vətəndaşların inamını bərpa etmək və sahibkarların ucuz kreditlərə çıxışını təmin etmək üçün Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməlidir. Fiziki və hüquqi şəxslərdən öz pullarını geri qaytarmaq tələb olunursa dövlət özü bunu niyə etmir?
İqtisadiyyatımızın mövcud vəziyyətini belə xarakterizə edə bilərik, neft gəlirləri, xarici ticarət dövriyyəsi, qeyri-neft-qaz ixracatı, iqtisadiyyata investisiya qoyuluşu azalır, idxal və dövlət borcları, borclara görə büdcədən ödəmələr isə artır.
Özəlləşdirmənin təşkili və mülkiyyət hüquqlarının qorunması üçün büdcədən 27.5 milyon manat vəsait ayrılsa da neçə müəssiənin özəlləşdiriləcəyi və buradan büdcəyə nə qədər vasit daxil olacağı göstərilmir”.
Millət vəkili çıxşının sonunda təkliflərlə çıxış edib: “Sonda bir neçə təklif də vermək istəyirəm.
Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır, onlar hər dəfə mənimlə görüşdə bu məsələni hökumətin diqqətinə çatdırmağı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahəni təcili özəlləşdirməyi təklif edirəm. Akademiyada elmlər doktoru 764, fəlsəfə doktoru 647, elmi işçi 445, kiçik elmi işçi 415 manat maaş alır. Onların əməkhaqlarının artırılmasına ciddi ehtiyac var.
Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə görə ötən il dünyasını dəyişən kişiərin 47.5%-i pensiya yaşına, 65 yaşa çatmayıb. Bu hamımızı düşündürməli və narahat etməlidir.
Güclü yağış yağanda su basan gecəqondular tikinti şirkətlərinə verilməli ,müasir kanalizasiya sisteminin çəkilməsi onlara tapşırılmalıdır. Eynilə zirzəmiləri kanalizasiya suları ilə dolmuş, həyətlərinin abadlaşdırılmasına ciddi ehtiyac duyulan 9 mərtəbəli binalar da.
Xarici investorlar cəlb edilməklə neftayırma zavodu Bakının mərkəzindən köçürülməlidir. Ölkədə dövlət müəssiələrinin və xidmət sahələrinin özəlləşdirilməsinə gedilməli, qarşıdakı illərdə Neft gəlirlərinin azalacağını da nəzərə alaraq vaxt itirmədən Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, tam olaraq azad bazar iqtisadiyyatına keçməliyik. Təkliflərimin öyrəniləcəyi və nəzərə alınacağı ümidi ilə görülən işlər görə hökumətə təşəkkür edir, islahatların həyata keçirilməsində uğurlar arzu edirəm. Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə görə hökumətə təşəkkür edirəm, büdcə layihəsinə səs verəcəyəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri