İran ABŞ yə təslim olmayacağını açıqlayıb
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
İran ABŞ və İsrail kapitulyasiya elan edənə qədər hərbi əməliyyatları davam etdirəcək.
BAKU.WS xəbər verir ki, bunu İslam Respublikasının Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bildirib ki,
Onun sözlərinə görə, qarşıdurma yalnız rəqib tərəflərin tam məğlubiyyəti və təslim olması ilə başa çatacaq. Zülfüqari çıxışında ABŞ və İsrail rəhbərliyinə müraciət edərək müharibənin onların "alçaldılması və məğlubiyyəti" ilə yekunlaşacağını iddia edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq Tehran İsrail ərazisinə, eləcə də regiondakı ABŞ hərbi bazalarına və enerji infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir. Bundan əlavə, İran Hörmüz boğazı üzərində nəzarəti gücləndirərək keçidi məhdudlaşdırıb.
Eyni zamanda, Donald Tramp yaxın 2-3 həftə ərzində İrana qarşı daha sərt zərbələrin endirilə biləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Aprel 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















