İran alimləri Rusiyadan nüvə texnologiyaları əldə etməyə cəhd edib SİRR ORTAYA ÇIXDI KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
İranın nüvə silahı proqramı ilə əlaqəli alimləri 2024-cü ildə gizli şəkildə Rusiyaya səfər edərək nüvə sınaqları üçün istifadə oluna bilən ikili təyinatlı texnologiyaları əldə etməyə çalışıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times nəşri daxili sənədlərə, məktublara və səfər vərəqələrinə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, səfər 4 avqust 2024-cü ildə, yəni düz bir il əvvəl baş tutub. İran nümayəndə heyətinə 43 yaşlı nüvə fizikası üzrə mütəxəssis Əli Kalvand rəhbərlik edib. Kalvandın ABŞ tərəfindən nüvə silahı proqramının varisi kimi tanınan İran Müdafiə İnnovasiya və Tədqiqatlar Təşkilatında (SPND) çalışdığı qeyd olunur.
Onu ABŞ sanksiyaları altında olan DamavandTec konsaltinq şirkətinin əməkdaşları və İran hərbi əks-kəşfiyyatının nümayəndəsi müşayiət edib.
Səfər zamanı İran tərəfi nüvə başlıqlarının sınaqdan keçirilməsində istifadə olunan ikili təyinatlı texnologiyalarla maraqlanıb. Həmçinin, Rusiyadan nüvə partlayışlarının gücünü artırmaq üçün istifadə edilən spesifik izotopun alınması məsələsi də müzakirə olunub.
Financial Times yazır ki, bu səfər tam məxfilik şəraitində təşkil olunub və ictimaiyyətə açıqlanmayıb. Araşdırma materialları göstərir ki, İran beynəlxalq məhdudiyyətləri aşaraq nüvə proqramını yenidən aktivləşdirməyə çalışır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 07 Avqust 2025 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















