İran Dünya Kubokunda ilk oyununu qələbəsiz başa vurdu Video
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
İran milli futbol komandası Dünya Kubokunun qrup mərhələsinin ilk oyununda Yeni Zelandiya ilə 2-2 heç-heçə edib.
Yeniavaz.com xəbər verir ki, oyun ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində baş tutub.
İran milli komandasından Ramin Rezaeyan (32-ci dəqiqə) və Məhəmməd Mohebi (64-cü dəqiqə) qol vurublar. Yeni Zelandiya komandasından isə Elayca Cast (7, 54) dub edib.
İran və Yeni Zelandiyanın hər birinin bir xalı var və onlar G qrupunda birinci və ikinci yerdədirlər. Bu qrupda daha əvvəl Belçika və Misir də 1-1 hesab ilə heç-heçə etmişdilər. 21 iyunda İran Belçika ilə, Yeni Zelandiya isə 22 iyun gecəsi Misirlə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kuboku 19 iyulda başa çatacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edir. Onlar 12 qrupda mebarizə aparırlar. Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan səkkiz ən yaxşı komanda 1/32 finala vəsiqə qazanacaq.
Bu mövzuda digər xəbərlər:İran Dünya Kubokunda iştirak edəcək
16 Aprel 2026 12:41
Snayperlərimiz Dünya kubokunda
23 Aprel 2025 10:53
Basketbolçularımız Dünya Kubokunda
15 Aprel 2026 19:46
Dünya Kubokunda yeni dövr başlayır VİDEO
12 İyun 2026 10:50
Dünya çempionu Bakıdakı Dünya kubokunda
28 Fevral 2025 18:05
Baxış sayı:135
Bu xəbər 16 İyun 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















