İran Dünya Kubokunda iştirak etmək üçün 10 şərt irəli sürüb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
İran Futbol Federasiyası 2026-cı il Dünya Kubokunda iştirak üçün zəmanət tələb edib və 10 şərt irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
“Biz mütləq 2026-cı il Dünya Kubokunda iştirak edəcəyik, amma ev sahibi ölkələr bizim narahatlıqlarımızı nəzərə almalıdırlar. Biz turnirdə iştirak edəcəyik, amma inanclarımızdan, mədəniyyətimizdən və baxışlarımızdan əl çəkməyəcəyik”, - İran Futbol Federasiyasının açıqlamasında deyilir.
İran tərəfinin irəli sürdüyü şərtlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) xidmət etmiş oyunçulara və məşqçi heyətinə viza verilməsi, həmçinin heyətə, İran bayrağına və dövlət himninə hörmət, hava limanlarında, otellərdə və komandanın oynayacağı stadionlara aparan yollar boyunca yüksək səviyyədə təhlükəsizlik tədbirləri yer alır.
Bu mövzuda digər xəbərlər:İran Dünya Kubokunda iştirak edəcək
16 Aprel 2026 12:41
İran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİ
21 Aprel 2026 18:52
İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb
20 Sentyabr 2026 08:14
Zelenski danışıqlar üçün şərt irəli sürüb
16 Yanvar 2025 16:06
İran Futbol Federasiyası: 2026 Dünya Kubokunda iştirak edəcəyik
09 May 2026 19:37
Baxış sayı:114
Bu xəbər 09 May 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















