“İran hakimiyyəti mövcud sistemi qorumaq üçün son ana qədər mübarizə aparacaq” SİYASİ ŞƏRHÇİ
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
İranda etirazlar çərçivəsində ali dini rəhbər Ayətullah Əli Xameneinin portretləri yandırılıb.
“The Times” yazır ki, kəşfiyyat məlumatlarına görə, əgər güc strukturları xalqın tərəfinə keçsə, Xamenei yaxın ətrafı ilə birlikdə Moskvaya qaça bilər.
Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Xameneinin Moskvaya getməsi mümkün ola bilər:
“İranda baş verən etiraz aksiyaları yeni deyil, lakin bu etirazlar əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Əsas fərq ondan ibarətdir ki, bu prosesdə sahibkarların rolu açıq şəkildə görünür. ABŞ və İsrail etiraz aksiyalarına ciddi dəstək verir. Hətta bəzi fars əyalətlərində etirazçılara silah ötürüldüyü ilə bağlı məlumatlar yayılır.
Digər tərəfdən, Donald Trampın “etirazçılara atəş açılsa, ABŞ müdaxilə edəcək” açıqlaması faktiki olaraq etirazçılara siyasi dəstək vermək və onları daha da radikallaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər”.
O əlavə edib ki, bu isə qarşıdurmanın ölümcül mərhələyə keçməsi riskini artırır:
“SEPAH-ın xalqın tərəfinə keçməsi ehtimalı hazırkı mərhələdə real görünmür. İran hakimiyyəti etirazları nəzarət altına almağa çalışacaq və son ana qədər mübarizədən geri çəkilməyəcək. Bununla belə, mövcud proseslər regionda geosiyasi vəziyyətin ciddi şəkildə dəyişdiyini göstərir.
ABŞ və İsrailin İran daxilində, o cümlədən əhali arasında genişmiqyaslı kəşfiyyat fəaliyyəti apardığı iddia olunur. Hətta şahın geri qaytarılması ilə bağlı şüarlar səsləndirilir, plakatlar asılır.
Təbii ki, əgər güc strukturları xalqın tərəfinə keçərsə, Xameneinin Moskvaya getməsi ehtimalı gündəmə gələ bilər. Lakin yaxın perspektivdə bu ssenari real görünmür, çünki İran hakimiyyəti mövcud sistemi qorumaq üçün son ana qədər mübarizə aparacaq”.
Şəbnəm Rəhimova
Baxış sayı:34
Bu xəbər 05 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















