Icma.az
close
up
RU
İran sərhədinə beton baryer: 200 kilometri tamamlandı

İran sərhədinə beton baryer: 200 kilometri tamamlandı

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Van vilayətində qanunsuz keçidlərin qarşısını almaq üçün İran sərhədində çəkilən təhlükəsizlik divarının 204 kilometri tamamlanıb, 91 kilometrində isə işlər davam edir.


Sherg.az xəbər verir ki, İranla ən uzun sərhədə malik Van vilayətində terror və qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını almaq, qanunsuz keçidləri önləmək üçün 2021-ci ildə təhlükəsizlik divarının tikintisinə start verilib.


Çaldıran, Özalp və Saray rayonlarının sərhədini əhatə edən 204 kilometrlik mərhələdə təhlükəsizlik divarı, tikanlı məftil, xəndək və təhlükəsizlik yolu işləri başa çatdırılıb.

Başkale rayonu sərhədindəki 91 kilometrlik hissədə isə beton divar inşası və digər işlər davam edir.


Quraşdırılan elektro-optik və liftli qüllələrdəki müşahidə cihazları və radarlarla sərhəd xəttini nəzarətdə saxlayan əsgərlər sərt və enişli-yoxuşlu coğrafiyada 7 gün 24 saat xidmət aparır.

Uzaqdan idarə olunan və avtonom xüsusiyyətə malik pilotsuz quru aparatı, pilotsuz uçuş aparatı və dronlarla çətin ərazilərdə kəşfiyyat, müşahidə və mühafizə xidməti aparan sərhəd bölmələri terrorçuların və qeyri-qanuni miqrantların keçidlərinin qarşısını almaq üçün həm fiziki tədbirlər görür, həm də anlıq xəbərdarlıq və görüntü ötürə bilən foto tələlərdən istifadə edir.

PUA, dron və paramotor təhdidinə qarşı dron əleyhinə sistemlərlə aktiv müdafiə edilə bilən hava hücumundan müdafiə topu və taret (uçaksavar) quraşdırılmış zirehli personal daşıyıcılarının yerləşdirildiyi sərhəddə snayper qrupları və komando bölmələri sayəsində təhlükəsizlik yüksək səviyyədə saxlanılır.


Təhlükəsizlik qüvvələri “sərhəd namusdur” prinsipi ilə sərhəddəki bütün qanunsuz hallara müdaxilə edir.

Təhlükəsizlik divarı, xəndək işləri və texnoloji sərmayələrlə sərhədi nəzarətdə saxlayan bölmələr Saray rayonundakı Kapıköy Gömrük Keçid Məntəqəsindən ölkəyə daxil olan turistlərin də təhlükəsizliyini təmin edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri