İranda 11 ərini öldürən qadın edam ediləcək
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İranda 11 həyat yoldaşını öldürən Gülsüm Əkbərinin apelyasiya şikayəti rədd edilib və Ali Məhkəmə onun edam hökmünü təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Mazandaran əyalətinin məhkəməsinin yaydığı məlumatda deyilib.
Bildrilib ki, hökmün icrası üçün iş hüquqi prosedurların aparılması məqsədilə Mazandaran Ədliyyə Məhkəməsinə göndərilib.
Qeyd edək ki, 20 il ərzində nikaha girdiyi və ya siğə yolu ilə birlikdə olduğu 11 kişini öldürən mazandaranlı Gülsüm Əkbəri 10 dəfə edam cəzasına, 1 qətlə cəhd etdiyinə görə isə 10 il həbs cəzasına məhkum edilib.
Öldürdüyü kişilərdən birinin ailəsi onu bağışlayıb.
Qeyd edək ki, qadın tora saldığı kişiləri cinsi fəallığı artıran dərmanlara qatdığı uyuşdurucu maddələrlə yuxuya verərək, onları öldürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Oktyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















