Icma.az
close
up
RU
İranda baş verən hadisələrin nəticəsi necə olacaq? EKSPERT FİKRİ

İranda baş verən hadisələrin nəticəsi necə olacaq? EKSPERT FİKRİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İranda reformist və mühafizəkar olan hökumət fraksiyaları arasında siyasi gərginlik son həftələrdə daha da artıb. Bunu şərtləndirən başlıca amillər İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və fundamentalistlərin ABŞ-la danışıqlara qarşı sərt mövqeyi və Məsud Pezeşkianın seçki zamanı verdiyi vədlərdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Elmir Səftərov deyib.

Onun sözlərinə görə, siyasi mühitdəki problemləri qabardan birinci məsələ Ali Rəhbər Əli Xamenei ilə Prezident Məsud Pezeşkian arasında ABŞ-la danışıqlarla bağlı fikir ayrılıqlarıdır: "Belə ki, Ə.Xamneyi ABŞ-a qarşı düşmənçilik siyasətinin davam etdirilməsində maraqlı görünür, çünki rejimin ideoloji legitimliyi ABŞ-a qarşı düşmənçilik üzərində qurulub. Əgər danışıqlarda irəliləyişlər əldə edilsə, böyük düşmən obrazında göstərilən ABŞ kartı İran dərin dövlətinin əlindən çıxacaq. Digər tərəfdən, məsul idarəçi olan M.Pezeşkian hökuməti öz ideologiyasına uyğun olaraq islahatlar həyata keçirmək barədə öz seçicilərinə vədlər verib. Bəllidir ki, daxili iqtisadi sabitliyi təmin etmək üçün xarici aktorlarla da siyasi dialoq olduqca vacibdir. Prezident də buna görə çox yaxşı bilir ki, danışıqlar aparılmadan və İrana qarşı sanksiyalar aradan qaldırılmadan ölkə iqtisadiyyatını dövlət və xalq üçün əlverişli vəziyyət gətirmək mürəkkəb məsələdir. Məsud Pezeşkian əsas siyasi-iqtisadi güclərdən biri olan ABŞ-la danışıqların başlanılmasının tərəfdarı kimi ölkənin iqtisadi blokadadan çıxmasına çalışır. Hakimiyyətin ən yüksək səviyyəsindəki bu və ya digər fikir ayrılıqları isə avtoritar rejimlərin mümkün süqutunun əlamətlərindən biri olan idarəçilikdə uçurumun dərinləşməsinə işarədir. İrandakı hakimiyyət böhranını artıran digər məqamlardan biri də islahatçıların Prezident Məsud Pezeşkiana seçki kampaniyası dövründə verdiyi vədləri xatırladaraq təzyiqlər göstərməsidir. Bu baxımdan prezidentin istefaya çağırılması, Pezeşkian hökumətindəki kadrların uzaqlaşdırılması da İrandakı siyasi ab-havanı daha da pisləşdirir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see482

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see353

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see352

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see334

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see333

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see330

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see305

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see301

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see294

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see289

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see288

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see283

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see278

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see269

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see246

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see234

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see222

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri