Icma.az
close
up
RU
İranda bu 5 nəfərdən 1 i yeni ali lider seçilə bilər Ekspertlər Şurası toplanır

İranda bu 5 nəfərdən 1 i yeni ali lider seçilə bilər Ekspertlər Şurası toplanır

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın ali lideri Ayətullah Əli Xamenei 28 fevralda Tehranda ABŞ-İsrail birgə hava hücumu nəticəsində öldürüldü. Xamenei 1989-cu ildən bəri İrana rəhbərlik edirdi və onun ölümü ilə əlaqədar ölkədə matəm elan olunub.
Xamenei ilə yanaşı, İranda ali rəhbərliyin digər üzvləri də öldürülüb. 28 fevralda İslam İnqilabı Keşikçiləri Korpusunun SEPAH) baş komandanı Məhəmməd Pakpur və Xameneinin müşaviri, İran Müdafiə Şurasının katibi Əli Şamxani də məhv edilib.

Ayətullah Əli Xameneinin rəhbərliyi altında İran bu gün bildiyimiz hala gəlib: qapalı, hərbiləşdirilmiş və müxalifəti sərt və qəddarcasına boğan ölkə.
İran rəsmiləri bəyan ediblər ki, ən qısa zamanda ölkəyə yeni rəhbər seçiləcək.
Bəs Xameneinin yerinə kim gələcək?

Xamenei, Pakpur və Şamxaninin ölümünün rəsmi elanından bir neçə saat sonra İranın müvəqqəti olaraq prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri və Konstitusiya Keşikçiləri Şurasının nümayəndəsindən ibarət şura tərəfindən idarə olunacağı elan edilib.

Modern.az xəbər verir ki, İranda yeni ali lideri 88 ruhanidən ibarət Ekspertlər Şurası seçəcək.
Ekspertlər Şurası İran İslam Respublikasının ali rəhbərini seçən, onun hərəkətlərinə nəzarət edən və lazım gələrsə, vəzifəsindən azad edə bilən Konstitusiya orqanıdır.
İran konstitusiyasına görə, varis mümkün qədər tez seçilməlidir. Əli Xamenei özü sələfi, 1979-cu il İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin vəfat etdiyi gün təyin edilmişdi.
Xarici KİV-lərin məlumatına görə, İran ABŞ və İsrail tərəfindən hücumlara məruz qalmağa davam etdiyi bir vaxtda bütün Ekspertlər Şurasını tez bir zamanda toplamaq təhlükəsizlik səbəblərindən çətin ola bilər.
İran İslam Respublikasının Ekspertlər Şurasına hazırda 95 yaşlı Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani sədrlik edir..

Xamenei rəsmi olaraq mümkün varisinin adını açıqlamadığı üçün onun yerini kimin tutacağı məlum deyil.
Xarici ekspertlər və analitiklər ehtimal olunan beş namizədin adını açıqlayıb.

Birinci namizəd Əli Xameneinin ikinci oğlu, 56 yaşlı Müctəba Xameni - Müctəbanın hətta atasının sağlığında da əhəmiyyətli təsirə malik olduğu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı “Bəsic” yarımhərbi dəstəsilə güclü əlaqələri olduğu güman edilir. Amma yerli ənənə Müctəbaya qarşıdır: hakimiyyətin atadan oğula ötürülməsi şiə müsəlman ruhaniləri tərəfindən pis qarşılanır. Əlavə bir maneə də var: Müctəba nə rəsmi vəzifə tutur, nə də yüksək vəzifəli ruhanidir.

İkinci mümkün namizəd 67 yaşlı Əlirza Ərəfidir – Müctəba Xameneidən daha az tanınan Əlirza Ərəfi Xameneinin etibarlı silahdaşı sayılır. Hazırda o, ölkənin yeni liderini təyin edəcək Ekspertlər Şurasının sədr müavini vəzifəsində çalışır və seçki namizədlərini və parlament tərəfindən qəbul edilən qanunları yoxlayan Keşikçilər Şurasının üzvüdür. O, həmçinin İranın dini icma sisteminə rəhbərlik edir. Amma Ərəfinin siyasi təsiri azdır və təhlükəsizlik qüvvələri ilə sıx əlaqəsi yoxdur.
Üçüncü namizəd təxminən 60 yaşında olan Məhəmməd Mehdi Mirbağeridir. Xarici KİV və analitiklər onu radikal ruhani kimi təsvir edir; o, həmçinin Ekspertlər Şurasında təmsil olunur və orada ruhanilərin ən mühafizəkar qanadını təmsil edir. İranın bəzi media quruluşlarının məlumatına görə, Məhəmməd Mehdi Mirbağeri Qərb əleyhinə son dərəcə sərt baxışlara malikdir və inanclılarla kafirlər arasında münaqişənin qaçılmaz olduğuna inanır. O, hazırda İranın şimalındakı əsas şiə qurumu olan Qum şəhərində İslam Elmləri Akademiyasına rəhbərlik edir.

Dördüncü namizəd təxminən 50 yaşında olan Həsən Xomeynidir. Həsən Xomeyni İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsidir. Ekspertlərin fikrincə, o, dövlət vəzifələrində çalışmayıb və bu səbəbdən İranın təhlükəsizlik qüvvələri və ya hakim elitası üzərində az təsirə malikdir. Həsən Xomeyni İranda bir çoxlarından daha az radikal fiqur hesab olunur.

Nəhayət, beşinci namizəd təxminən 70 yaşında olan Haşim Hüseyni Buşeridir7. O, Ekspertlər Şurası ilə yaxın əlaqələri olan və sədrin birinci müavini vəzifəsində çalışan yüksək vəzifəli ruhanidir. Buşerinin Xameneiyə yaxın olduğu söylənilsə də, hakimiyyətdə hər hansı yüksək vəzifə tutmur və SEPAH ilə yaxın əlaqələri olduğu bilinmir.


Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri