Icma.az
close
up
RU
İrandan idxal azalarsa, qiymətlər qalxa bilər? AÇIQLAMA

İrandan idxal azalarsa, qiymətlər qalxa bilər? AÇIQLAMA

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İranda baş verən siyasi və sosial proseslər, eyni zamanda ölkəyə qarşı sanksiya təzyiqlərinin artması regionda iqtisadi risklərlə bağlı narahatlıqları gücləndirib. İranla sıx coğrafi və ticarət əlaqələri olan Azərbaycan üçün bu proseslərin mümkün təsirləri xüsusi maraq doğurur. Müzakirələr əsasən ixrac-idxal əlaqələrinin davamlılığı, məhsul tədarükü və daxili bazarda qiymətlərin sabitliyi üzərində cəmləşir.

İranda yaşanan gərginlik və sanksiya təzyiqləri Azərbaycanın daxili bazarına və ticarət əlaqələrinə necə təsir edəcək?

ReAL partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təxminən 500-550 milyon dollar civarındadır.

Ekspertin sözlərinə görə, İran Azərbaycanla ticarətdə ölkələrin sıralamasında ilk 15-liyə daxil deyil: “Biz İrandan daha çox mal alırıq, nəinki satırıq. Təqribən 50 milyon dollarlıq məhsul ixrac edirik. İrandan isə Azərbaycana 450-500 milyon dollar dəyərində mal gəlir”.

Ekspert qeyd edib ki, İrandan idxal olunan məhsullar əsasən ərzaq məhsulları, məişət kimyası və tikinti materiallarıdır: “Bu məhsullar ucuz olduğuna görə bazarda qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərir. Əgər İranla ticarət əlaqələrində problemlər yaranarsa və idxal azalarsa, bu məhsulları əvəz etmək mümkündür. Alternativ olaraq Türkiyə və Çin istehsalı olan məhsullar bazara çıxarıla bilər. Lakin bəzi tikinti materialları, məişət kimyası və ərzaq məhsullarında qiymət artımı müşahidə oluna bilər”, – deyə N.Cəfərli vurğulayıb.

Oğuz Ayvaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Yanvar 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri