İranı Xarq adasını vurmaqla hədələdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə ölkənin mühüm enerji və infrastruktur obyektlərinin hədəf alınacağı ilə bağlı sərt bəyanat verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ABŞ hazırda İrandakı vəziyyətlə bağlı “yeni və daha məntiqli yanaşmaya malik bir rejimlə” ciddi danışıqlar aparır və bu prosesdə müəyyən irəliləyiş əldə olunub.
Bununla belə, ABŞ Prezidenti razılaşmanın baş tutmaması halında mümkün addımlar barədə xəbərdarlıq edib.
O qeyd edib ki, əgər yaxın zamanda razılıq əldə edilməzsə və Hörmüz boğazı açıq qalmazsa, İranın enerji infrastrukturu hədəfə alınacaq.
Tramp xüsusilə Xarq adası, elektrik stansiyaları, neft quyuları və suyun duzsuzlaşdırılması obyektlərinin məhv edilə biləcəyini vurğulayıb.
ABŞ lideri bu cür mümkün hücumları “İrandakı əvvəlki rejimin uzun illər ərzində törətdiyi zorakılıqlara cavab” kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 30 Mart 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















