Icma.az
close
up
RU
İranlı general İsraili və dostlarını HƏDƏLƏDİ

İranlı general İsraili və dostlarını HƏDƏLƏDİ

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İran Silahlı Qüvvələrinin baş komandanı general Əbdülrəhim Musəvi İsrailin ölkəsinə qarşı hərbi gücə əl atacağı təqdirdə, Tehranın dərhal cavab verəcəyini bəyan edib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Musəvinin sözlərinə görə, hazırda İsrail hakimiyyətində “cinayətkarlar, uşaq qatilləri və düşüncəsiz insanlar” yer alır və onlardan hər an səhv addım gözləmək olar. O bildirib ki, əgər İsrail yenidən “Doğru vəd” adlı əməliyyatı görmək istəyirsə, İran buna tam hazırdır: 

“Ötən ilin aprel və oktyabr aylarında İsrailə qarşı həyata keçirdiyimiz raket zərbələrini biz “Doğru vəd” adlandırırıq. Əgər onlar yeni bir belə zərbə vurmaq istəyirlərsə, biz əvvəlki sözlərimizi yerinə yetirməyə tam hazırıq”. 

General, həmçinin qeyd edib ki, İsrailin hərbi və texniki imkanları İrana ciddi ziyan vurmaq üçün kifayət deyil. Əksinə, İranın həm İsrailə, həm də onun tərəfdaşlarına qarşı “çox güclü cavab vermək” imkanları var.  Qeyd edək ki, 21 may tarixində "CNN" telekanalı ABŞ hakimiyyət dairələrindəki mənbələrə istinadla məlumat yayıb ki, İsrail İranın nüvə infrastrukturlarına qarşı zərbə hazırlığı görür. 

Mənbənin sözlərinə görə, belə bir hücum ehtimalı son aylarda xeyli artıb. Bunun fonunda İran və ABŞ rəsmiləri mayın 23-də Romada Tehranın nüvə proqramına dair beşinci danışıqlar raundunu keçiriblər. Danışıqlarda vasitəçi kimi Oman çıxış edib. 

Omanın xarici işlər naziri Bədr əl-Busaidi müəyyən irəliləyişlərin əldə olunduğunu, lakin yekun razılığın hələ əldə edilmədiyini bildirib. İranın nümayəndə heyətinin rəhbəri Abbas Əraqçi isə vurğulayıb ki, qarşıdakı bir-iki görüşdə müsbət nəticəyə nail olunacağına ümid edirlər. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri