Icma.az
close
up
RU
İrəvan görüşü və Cənubi Qafqazda yeni nizamın ilkin konturları

İrəvan görüşü və Cənubi Qafqazda yeni nizamın ilkin konturları

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Qafqazda uzun illər qeyri-mümkün kimi görünən proseslər artıq siyasi reallığa çevrilməkdədir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfəri regionda postmünaqişə mərhələsinin keyfiyyətcə yeni fazaya keçdiyini göstərən strateji siqnaldır. Əgər bir neçə il əvvəl tərəflər yalnız vasitəçilər üzərindən ünsiyyət qururdularsa, bu gün birbaşa institusional dialoq mexanizmləri formalaşır və işlək vəziyyətə gətirilir.

Səfərin mərkəzində dayanan delimitasiya prosesi mahiyyət etibarilə dərin siyasi məzmun daşıyır. Çünki sərhədin xəritə üzərində dəqiqləşdirilməsi dövlətlərin bir-birini hansı sərhədlər daxilində qəbul etdiyini rəsmiləşdirən fundamental aktdır. Başqa sözlə, delimitasiya “de-fakto” reallığın “de-yure” təsdiqinə çevrilməsi prosesidir.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, tərəflər artıq konkret normativ bazanın formalaşdırılmasına keçiblər. Ekspert qruplarının fəaliyyət qaydalarının müəyyənləşdirilməsi, delimitasiya xəritələrinin hazırlanması prinsiplərinin razılaşdırılması və sənədləşmə mexanizmlərinin prosesin ad hoc qərarlardan çıxaraq sistemli və proqnozlaşdırıla bilən çərçivəyə salındığını göstərir. Bütün bu təlimatları “texniki konstitusiya” kimi xarakterizə etmək olar. Necə ki, konstitusiya dövlətin əsas oyun qaydalarını müəyyən edir, delimitasiya üzrə bu sənədlər də iki ölkə arasında sərhədin necə müəyyən olunacağını, hansı metodologiyanın əsas götürüləcəyini və potensial fikir ayrılıqlarının necə həll ediləcəyini tənzimləyir.

Bundan əlavə, delimitasiya prosesi suverenlik anlayışını praktik müstəviyə keçirir. Uzun illər münaqişə şəraitində suverenlik daha çox siyasi iddialar və ritorika səviyyəsində ifadə olunurdusa, indi konkret coğrafi sərhədlər və hüquqi sənədlər vasitəsilə maddiləşir.

Nəhayət, delimitasiya prosesinin bu mərhələsi onu göstərir ki, tərəflər sülhü mərhələli şəkildə qurulan institusional sistem kimi dərk etməyə başlayıblar. Burada xüsusi vurğulanmalı əsas xətt ondan ibarətdir ki, müşahidə etdiyimiz irəliləyişlər ardıcıl siyasi xəttin və məqsədyönlü qərarvermənin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən nümayiş etdirilən siyasi iradə prosesi konkret nəticəli praktik mərhələyə keçirib.

* * *

Məhz bu kontekstdə regionda qərarvermə mərkəzinin transformasiyası diqqət çəkir. Uzun illər Cənubi Qafqaz təhlükəsizlik baxımından xarici güclərin təsir və vasitəçiliyinə açıq məkan kimi xarakterizə olunurdu. Lakin hazırkı dinamika göstərir ki, Bakı və İrəvan getdikcə daha çox məsuliyyəti öz üzərlərinə götürür, gündəliyi özləri formalaşdırır və qərarları bilavasitə icra edirlər. Belə transformasiya həm də prosesin davamlılığı nöqteyi-nəzərindən kritik əhəmiyyət daşıyır.

Ənənəvi yanaşmada əvvəl siyasi razılaşma – yəni sülh müqaviləsi imzalanır, daha sonra iqtisadi əməkdaşlıq mərhələsi başlayır. Hazırkı prosesdə isə bu ardıcıllıq, faktiki olaraq, tərsinə çevrilir: tərəflər paralel şəkildə əməkdaşlıq elementlərini işə salmaqla etimadı tədricən artırır və bunun üzərində siyasi razılaşmanı inşa etməyə çalışırlar. “Əməkdaşlıq vasitəsilə sülhün inşası” modeli kimi xarakterizə oluna biləcək bu yanaşma, xüsusilə yüksək etimadsızlıq mühitində daha funksional hesab olunur. Çünki iqtisadi qarşılıqlı asılılıq yarandıqca, münaqişəyə qayıdışın dəyəri artır və sülh daha rasional seçimə çevrilir. Enerji və nəqliyyat komponentləri prosesin strateji “sütunları” kimi daxil olur. Çünki müasir beynəlxalq münasibətlərdə sabitlik iqtisadi və infrastruktur şəbəkələrinin yaratdığı qarşılıqlı asılılıqla təmin olunur. Nəqliyyat komponenti də oxşar məntiq üzrə işləyir. Tranzit imkanlarının genişlənməsi regionu qapalı geosiyasi məkan olmaqdan çıxararaq açıq iqtisadi platformaya çevirir.

* * *

Lakin məhz bu konstruktiv transformasiya fonunda xarici təsirlərin ziddiyyətli xarakter alması diqqətdən kənarda qalmır. Avropanın bəzi siyasi dairələrində müşahidə olunan anti-Azərbaycan ritorikası və normativ təzyiq cəhdləri ilk baxışda dəyərlər siyasəti çərçivəsində təqdim edilsə də, onların praktiki təsiri daha mürəkkəbdir. Əsas problem ondan ibarətdir ki, bu cür xarici müdaxilələr sülh prosesinin daxili məntiqini pozmaq riski daşıyır. Postmünaqişə transformasiyası incə və mərhələli prosesdir; burada tərəflər arasında etimadın tədricən formalaşması əsas şərtdir. Kənardan gələn sərt siyasi qiymətləndirmələr və ya selektiv yanaşmalar isə bu etimadı zəiflədərək tərəfləri yenidən müdafiə mövqeyinə çəkə bilər. Məhz bu baxımdan, mövcud mərhələdə ən rasional yanaşma regiondaxili proseslərin məntiqinə hörmət etmək və formalaşan əməkdaşlıq mexanizmlərini dəstəkləmək olardı. Çünki enerji, nəqliyyat və iqtisadi inteqrasiya üzərindən qurulan qarşılıqlı asılılıq modeli daha geniş coğrafiya üçün sabitlik və proqnozlaşdırıla bilənlik vəd edir.

Xaricdə formalaşmış diaspor şəbəkələri, xüsusilə müxtəlif siyasi mərkəzlərlə inteqrasiya olunmuş strukturlar, çox vaxt regiondakı reallıqlardan qidalanmayan, daha çox tarixi yaddaş və identitet üzərindən qurulan maksimalist yanaşmalar sərgiləyirlər. Belə yanaşmalar isə kompromis imkanlarını zəiflədir, çünki onlar üçün siyasi nəticədən çox simvolik “ədalət” narrativləri ön planda dayanır. Ermənistan daxilində isə fərqli dinamika müşahidə olunur. Burada təhlükəsizlik, iqtisadi inkişaf və regional izolasiya kimi konkret problemlər cəmiyyətin daha praqmatik seçimlər etməsini şərtləndirir. Uzunmüddətli qarşıdurmanın sosial-iqtisadi dəyəri, qapalı sərhədlərin yaratdığı məhdudiyyətlər və regional layihələrdən kənarda qalmanın nəticələri ictimai şüurda alternativ yanaşmaya – normallaşma və inteqrasiya xəttinə – tələbat formalaşdırıb. Məhz bu baxımdan rəsmi İrəvanın mövcud siyasəti cəmiyyət daxilində formalaşan rasional gözləntilərin siyasi ifadəsidir.

* * *

Belə bir ikiliyin yaratdığı əsas ziddiyyət ondan ibarətdir ki, qərarların siyasi məsuliyyətini daşıyan aktorlarla, həmin qərarlara təsir etməyə çalışan, lakin onların nəticələrinə birbaşa cavabdeh olmayan aktorlar arasında baxış fərqi mövcuddur. Diaspor mərkəzləri üçün maksimalist mövqe siyasi risk daşımaya bilər, lakin Ermənistan dövləti üçün belə yanaşma konkret təhlükəsizlik və inkişaf xərcləri yaradır. Məhz bu fərq son illərdə İrəvanın daha balanslı və praqmatik kursa yönəlməsini izah edən əsas amillərdən biridir.

Azərbaycanın strategiyası bu mürəkkəb mənzərəni düzgün oxumağa əsaslanır. Bakı siyasi kommunikasiya və qərarvermə baxımından prioriteti real institusional mərkəzə – yəni qərar qəbul edən hökumətə və onun arxasında dayanan ictimai sifarişə verir. Eyni zamanda, bu yanaşma klassik rasional aktor modelinə uyğun gəlir, Azərbaycanın qərarları uzunmüddətli strateji nəticələrə əsaslanır. Rəsmi Bakı üçün əsas məqsəd institusional və davamlı sülhün formalaşdırılmasıdır.

Humanitar təşəbbüslər, xüsusilə vətəndaş cəmiyyətləri arasında dialoqu stimullaşdıran platformalar isə münaqişədən sonrakı mərhələdə “yumşaq təhlükəsizlik” komponentinin formalaşmasında mühüm rol oynayır. Lakin bu mexanizmlər öz-özlüyündə siyasi nəticə istehsal etmir, onlar daha çox siyasi qərarların qəbulunu asanlaşdıran mühit yaradır. Həlledici rol isə yenə də dövlətlərarası institusional mexanizmlərə məxsusdur. Çünki fundamental məsələlər yalnız dövlət səviyyəsində qəbul edilən qərarlar vasitəsilə reallaşa bilər.

Bu görüşlər institusional davamlılıq baxımından da əhəmiyyətlidir. Onlar tərəflər arasında müntəzəm təmas kanalları yaradır, fikir ayrılıqlarının idarə olunmasını sistemləşdirir və prosesi liderlər səviyyəsindən daha aşağı, lakin operativ qərarvermə səviyyəsinə daşıyır.

Son olaraq qeyd edək ki, formalaşmaqda olan model xarici aktorların diktə etdiyi çərçivədən daha çox, Bakı və İrəvanın qarşılıqlı siyasi iradəsi, praqmatik hesablamaları və mərhələli razılaşmaları üzərində inşa olunur. Bütün bunlar isə sülhün uzunmüddətli saxlanılması baxımından daha etibarlı əsas yaradır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri