Icma.az
close
up
RU
İrəvan hibrid basqının hədəfində

İrəvan hibrid basqının hədəfində

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Kaya Kallas Ermənistanın seçkiqabağı mürəkkəb vəziyyətlə üzləşdiyini açıqladı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mayın 4-də İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin VIII Zirvə görüşünün yekunlarını şərh edib.

Xanım Kallas “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, Ermənistan hibrid təhdidlərlə müşayiət olunan mürəkkəb seçkiqabağı vəziyyətlə qarşı-qarşıyadır. Onun sözlərinə görə, Ermənistan üzrə əsas qrup respublikaya dəstəyin əlaqələndirilməsi üçün görüş keçirib: “Avropa təkcə coğrafiya deyil, həm də bölüşdüyümüz dəyərlər və prinsiplərdir. Məhz buna görə bu gün (paylaşım mayın 4-də edilib–S.H.) Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII görüşündə iştirak etməkdən məmnun oldum. Qitənin hər yerindən 48 lider, eləcə də qonaq qismində Kanada Baş naziri İrəvanda bir araya gələrək dərin geosiyasi dəyişikliklər dövründə daha sıx əməkdaşlığın yollarını müzakirə etdilər.

“Avropa Siyasi Birliyi” – biz demokratik dayanıqlılığın möhkəmləndirilməsi, koordinasiyanın inkişafı, iqtisadi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün fəaliyyətlərin necə əlaqələndiriləcəyini müzakirə etdik. Müzakirələr, həmçinin hamımızın üzləşdiyi təhdidlərə qarşı davamlılıq məsələsi üzərində cəmləşdi.

Ermənistan üzrə əsas qrup – Ermənistan dezinformasiya kampaniyaları və xarici təsir əməliyyatları da daxil olmaqla hibrid təhdidlərlə müşayiət olunan mürəkkəb seçkiqabağı şəraitlə üz-üzədir. Əsas qrup Ermənistanın dəstəklənməsini koordinasiya etmək üçün görüş keçirdi. Son bir ildə Aİ–Ermənistan tərəfdaşlığı misli görünməmiş sürətlə inkişaf edib. Biz ölkənin dayanıqlılığına ciddi sərmayələr yatırır və qarşıdan gələn seçkilərin şəffaflığını dəstəkləyirik”.

Ai rəsmisi paylaşımın sonunda bildirib ki, ASB-nin görüşü başa çatsa da, onlar İrəvanda ilk dəfə keçirilən Aİ–Ermənistan sammiti ilə işlərini davam etdirirlər. Qeyd edək ki, Aİ–Ermənistan sammiti mayın 5-də keçirilib. Sammitdə Avropa İttifaqını Aİ Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Ermənistanı isə Baş nazir Nikol Paşinyan təmsil edib.

***

K.Kallasın paylaşımında qeyd etdiyi hibrid təhdidlər məsələsi isə, belə deyək, yeni söhbət deyil. Ermənistanın rəsmi şəxsləri az qala bir ilə yaxındır ki, seçkilər ərəfəsində rusiyapərəst siyasi qüvvələrin seçicilərin iradəsinə təsir göstərmək, nəticələri öz xeyirlərinə dəyişmək üçün hibrid təsir alətlərindən istifadə edəcəklərini bildirirlər. Rəsmi İrəvan bu hibrid təhdidlərlə mübarizə üçün Aİ-yə rəsmi müraciət etdi və bunun nəticəsi olaraq Aİ ölkələrinin xarici işlər nazirləri 2026-cı il aprelin 21-də Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqlədilər. Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlılığını gücləndirməyə yönələcək və nazirliklərə, eləcə də təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhətlər, həmçinin dəstək verəcək. Ermənistan Xarici İşlər Nazirliyi açıqlama yayaraq 2 illik mandatla fəaliyyət göstərəcək və “Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası” adlanacaq yeni mülki missiyanın yerləşdirilməsi qərarını alqışladığını bildirib. XİN təsdiqləyib ki, missiyanın məqsədi Ermənistanın demokratik dayanıqlılığının gücləndirilməsini dəstəkləmək, dezinformasiya, kiberhücumlar və qanunsuz maliyyə axınları ilə mübarizə səyləri də daxil olmaqla hibrid təhdidləri aradan qaldırmaqdır.

Bu çərçivədə gündəlik 10 milyon izləyicisi ilə Fransanın ən çox izlənilən xəbər kanalı olan BFM TV-nin mayın 5-də yaydığı məlumat diqqəti cəlb edir. Telekanalın yayımladığı süjetdə bildirilib ki, Rusiya təbliğatı ilə “qidalanan” minlərlə məqalə və paylaşım süni intellekt tərəfindən yaradılmış saxta xəbər saytları, eləcə də koordinasiya olunmuş sosial şəbəkə hesabları vasitəsilə 8 dildə, 11 sosial platforma üzərindən yayılır. “Bu təbliğat maşını Ermənistanda seçkilərə 14 ay qalmış işə salınıb”, – deyə süjetdə qeyd olunub.

Beləliklə, bir daha aydın görünür ki, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri fonunda hibrid təhdidlər mövzusu artıq mücərrəd təhlükə kimi deyil, konkret və ölçülə bilən risk kimi gündəmdədir. K.Kallasın açıqlamaları da bu reallığın Avropa səviyyəsində qəbul edildiyini göstərir. Məsələ yalnız siyasi rəqabətin kəskinləşməsi deyil, informasiya mühitinin sistemli şəkildə təsir altına salınmasıdır. Son illərdə müxtəlif ölkələrdə müşahidə olunan proseslər göstərir ki, seçkilərə müdaxilə artıq klassik üsullarla məhdudlaşmır. Sosial şəbəkələr, saxta xəbər saytları, koordinasiya olunmuş hesablar və süni intellekt vasitəsilə hazırlanan məzmun seçici davranışına təsir etməyin əsas alətlərinə çevrilib. Ermənistan da bu tendensiyadan kənarda deyil. Əksinə, regionun geosiyasi həssaslığı bu cür müdaxilələr üçün əlverişli zəmin yaradır.

Aİ rəsmisinin qeyd olunan fikirləri də seçki ərəfəsində vəziyyətin sadə olmadığını göstərir. O, dezinformasiya və xarici təsirin real risk olduğunu açıq şəkildə deyir. Bu, problemin artıq nəzəri deyil, praktik olduğunu göstərir. Onun qeyd etdiyi koordinasiya məsələsi isə prosesə ciddi yanaşıldığını göstərir. Aİ ilə əməkdaşlığın sürətlənməsi bu sahənin prioritet olduğunu göstərir. Ümumilikdə, bu yanaşma seçkiləri qorumaq üçün qabaqlayıcı addım kimi görünür.

BFM TV-nin yaydığı məlumat isə hibrid təhdidlərin texniki tərəfini açıq şəkildə göstərir. Minlərlə materialın müxtəlif platformalarda, fərqli dillərdə dövriyyəyə buraxılması təsadüfi fəaliyyət deyil. Bu, planlaşdırılmış və uzunmüddətli təsir strategiyasına bənzəyir. Seçkilərə 14 ay qalmış belə bir kampaniyanın işə salınması isə məqsədin yalnız informasiya yaymaq deyil, ictimai rəyə tədricən nüfuz etmək olduğunu göstərir. Bu cür yanaşma seçicinin qərarvermə prosesinə birbaşa deyil, dolayı təsir etməyə hesablanır.

Ermənistan rəsmilərinin bir ilə yaxındır bu mövzunu qaldırması da təsadüfi deyil. Daxili siyasi mübarizənin xarici təsirlərlə çarpazlaşması riski realdır. Xüsusilə rusiyapərəst qüvvələrin informasiya dəstəyi ilə gücləndirilməsi ehtimalı İrəvanın narahatlığını artırır. Burada söhbət təkcə təbliğatdan getmir, həm də dezinformasiya, manipulyasiya və etimadın sarsıdılması kimi daha mürəkkəb təsir formalarından gedir.

Aİ-nin bu prosesə reaksiya verməsi də məntiqli görünür. Ermənistana mülki missiyanın göndərilməsi qərarı formal addım deyil, konkret ehtiyacdan doğur. Bu missiyanın əsas funksiyası texniki məsləhətlər verməklə yanaşı, dövlət qurumlarının bu cür təhdidlərə qarşı çevik reaksiyavermə qabiliyyətini artırmaqdır. Kiberhücumlar, maliyyə axınlarının izlənməsi və informasiya təhlükəsizliyi kimi sahələr artıq seçki təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib.

Burada diqqətçəkən məqamlardan biri də odur ki, hibrid təhdidlər yalnız bir istiqamətdən gələn risk kimi qiymətləndirilməməlidir. İnformasiya mühitinin zəif olduğu, media savadlılığının kifayət qədər inkişaf etmədiyi cəmiyyətlər bu cür təsirlərə daha açıq olur. Ermənistan cəmiyyəti üçün də əsas çağırışlardan biri məhz budur. Xarici təsir yalnız o zaman effektiv olur ki, daxildə onun yayılması üçün uyğun şərait mövcud olsun. Bu baxımdan həm Aİ-nin, həm də Ermənistan hakimiyyətinin narahatlığı şişirdilmiş görünmür. Əksinə, son illərin təcrübəsi göstərir ki, bu cür təhlükələri vaxtında qiymətləndirməyən ölkələr daha ciddi nəticələrlə üzləşir. Seçkilərin legitimliyi isə təkcə səsvermə günü ilə müəyyən olunmur, ona qədərki informasiya mühiti də bu prosesin ayrılmaz hissəsidir.

Nəticə etibarilə, Ermənistan ətrafında formalaşan vəziyyət daha geniş bir tendensiyanın tərkib hissəsidir. Hibrid təsir alətləri artıq beynəlxalq siyasətin daimi elementinə çevrilib. Bu reallıq fonunda qabaqlayıcı tədbirlərin görülməsi və risklərin açıq şəkildə etiraf edilməsi daha rasional yanaşma kimi görünür. Ermənistan nümunəsi isə göstərir ki, bu məsələdə gecikmək üçün artıq yer qalmayıb.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2026 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see313

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see291

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see274

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see270

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see224

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see223

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see199

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see197

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see195

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see193

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see192

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see191

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see191

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see187

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see186

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see185

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see185

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see183

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see180

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri