Icma.az
close
up
RU
İrəvandan verilən pozitiv barış mesajları: Bakı sülhə hazırdır, amma...

İrəvandan verilən pozitiv barış mesajları: Bakı sülhə hazırdır, amma...

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Deputat: “Tələsik və kövrək sülh sazişi sonradan yeni problemlərin yaranması ilə nəticələnər ki, bu bizim üçün məqbul deyil”

Ermənistan tərəfindən rəsmi şəkildə sülh bəyanatları səslənməkdədir. Son günlər qarşı tərəfin üç yüksək rütbəli məmuru sülh sazişinin imzalanması tarixi ilə bağlı fikirlərini səsləndiriblər. Mayın 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, “İrəvan və Bakı sülh sazişinin imzalanmasının tarixini razılaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr aparır”. Baş nazir eyni zamanda, Türkiyə ilə də “aktiv dialoq” apardıqlarını qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu haqda danışıb. Qriqoryan erməni jurnalistlərinə bildirib ki, “hazırda sülh müqaviləsi imzalamaq üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh sazişinin mətni artıq razılaşdırılıb, onun imzalanması qalır".

Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfi sülh müqaviləsinin imzalandığı gün ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı bəyanatı imzalamağa hazır olduğunu bildirib. Müqavilənin imzalanmasına mümkün maneələr barədə sualı cavablandıran Qriqoryan deyib: “Konstitusiyaya gəlincə, bu məsələdə Ermənistanın mövqeyini artıq bilirsiniz”.

Eyni zamanda, Ermənistan Parlamentinin sədri Alen Simonyan isə bir qədər irəli gedərək söyləyib ki, “yaxın vaxtlarda sülh müqaviləsinin imzalanma vaxtı barədə daha real məlumat veriləcək”.

"Sülh müqaviləsi üzrə müzakirələr davam edir və davam edəcək", - Simonyan qeyd edib.

Ermənistan rəsmiləri davamlı sülh bəyanatları səsləndirsələr də, rəsmi İrəvan hələ ki, Azərbaycanın əsas iki tələbini – Konstitusiya dəyişikliyini həyata keçirməyib, Minsk Qrupunun de-yure ləğvi barədə ATƏT-ə Bakı ilə birgə müraciət etməyib. Şərtlər yerinə yetirilmədən ermənilərin sülh bəyanatlarının, sazişin vaxtı ilə bağlı açıqlamalarının arxasında nəyin dayandığı maraq kəsb edir.

AYNA.AZ-ın mövzu ətrafında suallarını cavablandıran Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, İrəvandan pozitiv mesajlar verilir, amma dilə gətirilən fikirlərin praktiki təsdiqini görmürük:

- Ümumilikdə isə sülh sazişi ilə bağlı verilən bəyanatlar, səsləndirilən fikirlər pozitiv hal kimi dəyərləndiriə bilər. Çünki biz bilirik ki, Ermənistan hakimiyyətində olan şəxslər açıq-aşkar neqativ tonlar üzərində fikirlər səsləndirməsələr də, pozitiv nəsə də demirdilər. Son zamanlar isə açıq şəkildə sülhə hazır olduqlarından danjışırlar. Hətta Azərbaycanın iki şərtindən birini qəbul etdiklərini də açıq şəkildə dilə gətirirlər. Qriqoriyan Minsk Qrupunun ləğvi ilə bağlı müraciətin sülh sazişi imzalanan gün ediləcəyini bildirdi. Təbii ki, Azərbaycanın mövqeyinə baxmaq lazımdır. Azərbaycan şərti budur ki, sülh sazişindən əvvəl bu problemlər yoluna qoyulmalıdır. Bakı mövqeyində qətidir. Lakin demək istədiyim odur ki, bunu deməklərinin özündə də pozitivlik müşahidə edilir. Hesab edirəm ki, Ermənistan tərəfindən son günlər sülh sazişi ilə bağlı bəyanatların səsləndirilməsinin arxasında da bir sıra səbəblər və amillər var.

- Onlar hansı səbəb və amillərdir?

- Məsələ burasındadır ki, dünyada çox ciddi siyasi proseslər gedir və bu proseslər fonunda biz Azərbaycanın mühüm əhəmiyyət kəsb edən, geosiyasi vacib gedişlərini görürük. Azərbaycan açıq şəkildə regionlaşma dediyimiz prosesdə Avrasiya dediyimiz məkanda söz sahibi olan regional mərkəzə çevrilməkdədir. Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilir, bəşəriyyət üçün mühüm əhəmiyyətli hadisələr platforması qurmağa nail olur. Ermənistan isə bu proseslərin içərisində deyil. Baxmayaraq ki, İrəvana yeni çağırışlarla bağlı mesajlar verilir, Ermənistan bu çağırışlara müsbət yanaşmır. Bu isə Ermənistan konstruktiv dialoqdan yayınıb, sülh prosesindən müxtəlif formalarda yayınma nümayiş etdirib. İndi isə Ermənistan anlayır ki, mövqeyində yanlışlıqlar var və bu, dövlətə ziyandan başqa nəsə vermir. Təbii ki, bu fikirdə olan erməni hakim dairələridir. Ermənistan cəmiyyətinin yarısı belə düşünmür. Çünki erməni cəmiyyəti monolit deyil, xaotik vəziyyət hökm sürür. Çoxsaylı siyasi mərkəzlərə, müxtəlif dövlətlərə bağlı olan zümrələr var ki, onlar sülhü qəbul etmək istəmirlər. Erməni əhalisinin yekdil mövqeyi mövcud deyil. Bir qism Paşinyan hökumətinə rəğbət bəsləyir, bir qism revanş hissi ilə alışıb-yanır, başqa bir qism “nə müharibə, nə sülh” prinsipi ilə yanaşır. Görünən odur ki, Paşinyan hökumətinin niyyəti erməni cəmiyyətində yekdil fikir formalaşdırmaqdır ki, bu fikir də sülh gündəliyi üzərində köklənsin. Sülh bəyanatlarının da arxasında məhz bu səbəblər və amillər dayanır.

- Bu bəyanatların praktikada işləyəcəyi ehtimalı varmı?

- Gələn il Ermənistan üçün iki səbəbə görə önəmlidir. Birincisi odur ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və o seçkilərə qədər Paşinyan çalışır ki, onun siyasi iflasına səbəb olacaq addımlar atmasın. Ona görə də Paşinyan hökuməti, erməni rəsmilər pozitiv fikirləri də məhdud çərçivədə səsləndirir. Məsələn, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı aydın mövqe ortaya qoyulmur. Gah deyir ki, Ermənistan Konstitusiyasında islahatlar aparılacaq, müəyyən zaman qoyulub, gah deyir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur və s. Yəni Paşinyan çalışır ki, proseslər onun əleyhinə getməsin. Çünki parlament seçkiləri Paşinyan üçün çox həlledicidir və o hakimiyyətini itirmək istəmir. Paşinyan başa düşür ki, Gümrüdəki seçkilərdə müxaliflərin qalib gəlməsi, eyni zamanda, müxalifətdə olan qüvvələr var gücləri ilə çalışırlar ki, hakimiyyətə gəlsinlər. Paşinyan bunu görür və ehtiyatlı addımlar atır.

İkincisi, gələn il Ermənistanda Avropa Siyasi Birliyinin sayca 8-ci sammiti keçiriləcək. Biz o sammitin fəlsəfəsinə baxmalıyıq. Bu tədbir daha çox sülh, sabitliyik və təhlükəsizliklə bağlıdır. Sammitdə dünyadakı münaqişə ocaqlarında sülhün əldə olunması üçün çağırışlar edilir. Deməli  Ermənistan bütün vəchlə çalışır ki, həmin saamitdən əvvəl sülh danışıqlarında ciddi uğurlara imza atılsın. Məncə, sülh bəyanatlarının arxasında dayanan da məhz bu amillərdir.

- Buna nail olmaq mümkündürmü?

- Əlbəttə, hər şey mümkündür. Daha doğrusu, hər şey Ermənistanın atacağı addımlardan asılıdır. Yenə deyirəm, Azərbaycan tərəfinin mövqeyi açıq və konkretdir: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddə çıxarılmalı, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlanmalıdır. Bunlar əsas iki şərtdir. Təbii ki, başqa məqamlar da var ki, onların həlli istiqamətində danışıqlar aparılmalı, razılıqlar əldə olunmalıdır. Amma bu iki şərtin İrəvan tərəfindən qəbul olunması mütləqdir. Rəsmi Bakı yarımçıq, dayanıqlı olmayan sülh sazişinə imza atılmayacağını bəyan edib. Tələsik və kövrək sülh sazişi sonradan yeni problemlərin yaranması ilə nəticələnər ki, bu bizim üçün məqbul deyil. Necə deyərlər: top Ermənistan tərəfindədir. Ermənistan təxribatları dayandırmalı sülhdə səmimi olduğunu əməlində nümayiş etdirməlidir.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 May 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri