İrəvandan yeni qərar: Ağrıdağ təsviri götürüldü FOTOFAKT
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan Prezidentinin iqamətgahında keçirilən son rəsmi görüşün fotolarında əvvəllər divarda asılı olan Ağrı dağı təsvirinin artıq görünməməsi diqqət çəkib.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan müqayisəli fotolarda 2025-ci ildə Prezident Vaaqn Xaçatryanın xarici qonaqla görüşü zamanı divarda Ağrı dağının əks olunduğu tablonun yer aldığı, 2026-cı ildə çəkilmiş fotoda isə həmin yerdə tablonun görünmədiyi iddia olunur.
Bu dəyişiklik sosial mediada geniş müzakirələrə səbəb olub. Lakin Ermənistan Prezidentinin Administrasiyası məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan yeni nəsil pasportlarının dizaynından da Ağrı dağı təsvirini çıxarmışdı. Bu addım da ölkədə və regionda geniş müzakirələrə səbəb olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 İyul 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















