“İrəvanın KTMT də səsvermə hüququnun ləğvi konsensusla həll olunacaq”
Icma.az, 525.az saytına istinadən bildirir.
"Ermənistanın KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə mümkün qərar yalnız təşkilata üzv dövlətlərin konsensusu əsasında qəbul edilə bilər”.
525.az xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
"KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası 11 noyabrda Moskvada keçiriləcək və dövlət başçıları bu məsələni güman ki, müzakirə edəcəklər. Əgər belə bir qərarın qəbuluna ehtiyac yaransa, konsensus əsasında veriləcək”, - Rusiya nümayəndəsi deyib.
Onun sözlərinə görə, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki ildən artıq müddətdə təşkilatın büdcəsinə ödəniş etməklə bağlı öhdəliyini yerinə yetirmədiyi təqdirdə, onun təşkilatın orqanlarında kvota əsasında vəzifələrə öz vətəndaşlarını nmizəd göstərmək, eləcə də səsvermə hüququ müvəqqəti dayandırıla bilər.
Vasilievin sözlərinə görə, belə bir vəziyyət artıq yaranıb: "De-fakto, bu vəziyyət iki ildən çoxdur ki, davam edir, çünki Ermənistan vətəndaşlarını katiblikdə kvota vəzifələrinə namizəd göstərməyib və həmçinin nümayəndələrini KTMT Birgə Qərargahından geri çağırıb".
Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını “dondurduğunu” elan edib. Baş nazir Nikol Paşinyan bunu onunla izah edib ki, müttəfiqlər KTMT üzrə Ermənistanla bağlı öhdəliklərini yerinə yetirməyiblər.
KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 04 Avqust 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















