Icma.az
close
up
RU
“İri omba, dolğun sinə üçün əməliyyat etdirən qadınlar...” Psixoterapevt elə sözlər dedi ki

“İri omba, dolğun sinə üçün əməliyyat etdirən qadınlar...” Psixoterapevt elə sözlər dedi ki

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Son dövrlərdə estetik və plastik əməliyyatlara marağın artması bir çox səbəblərlə əlaqələndirilir.

Qeyd edilir ki, sosial media platformaları, xüsusilə "Instagram", "TikTok" kimi vizual məzmun mərkəzli platformalar, ideal gözəllik standartlarını formalaşdırır.

Bu, insanlarda öz görünüşlərinə qarşı narazılıq yaradır və estetik əməliyyata marağı artırır. Filtrlər və fotoşop vasitəsilə əldə edilən "mükəmməl görünüş" reallıqla uyğun gəlməsə də, insanlar bunu əldə etməyə çalışırlar. Bəzi insanların isə özünəinamlarını artırmaq və psixoloji məmnuniyyət əldə etmək üçün estetik əməliyyatlara yönəldiyi bildirilir. Estetik əməliyyatlar psixoloji vəziyyətin təzahürüdür, yoxsa?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

“Həyatda hər şeyin "ideal" olmasını istəyən insanlar zahiri görünüşlərini də ideal səviyyəyə gətirmək üçün davamlı olaraq dəyişikliklər edirlər. İnsanlar çox vaxt estetik əməliyyatlarla ətrafdakıların diqqətini çəkmək, sosial mühitdə daha üstün mövqeyə sahib olmaq istəyirlər. Onların özlərini daha çox sevəcəyinə dair yanlış bir inancdır formalaşır. Münasibətlərdə özlərini daha arzuolunan hiss etmək üçün estetik dəyişikliklərə gedən insanlar çoxdur. Əməliyyat etdirənlərin hamısını psixoloji problemi olan kimi qiymətləndirmək doğru olmaz. Bu, hər bir insanın şəxsi dəyərləri, məqsədləri və dünyagörüşü ilə əlaqədardır. İnsanların uşaqlıq dövründə və ya həyatlarının müxtəlif mərhələlərində bədənləri ilə bağlı lağlağı və ya zorakılığa məruz qalması travmalar yaradır. Keçmiş travmalar bədən haqqında mənfi düşüncələr formalaşdırır və gələcəkdə estetik dəyişikliklərə təhrik edir. Estetik qərarların arxasında duran səbəbləri yaxşı başa düşmək üçün psixoloji dəstək almaq və emosional vəziyyəti qiymətləndirmək lazımdır”.

Psixoterapevt əlavə edib ki, insanlar estetik əməliyyatları sadəcə olaraq özlərini daha yaxşı ifadə etmək və ya fərqlənmək üçün seçirlər:

“Düşüncənin yaratdığı fərqlilik insan həyatında mövqe müəyyən edir. Psixoloji problem deyil, sadəcə fərdi seçim ola bilər. Amma ağır psixoloji problemin də göstəricisi ola bilər. Sosial media və populyar mədəniyyət müəyyən bədən standartlarını ideal kimi təqdim edir. İnsanlar bu standartlara uyğun olmadıqda, özlərini cəmiyyətdən kənar hiss edirlər. Xüsusilə, qadınlar üçün iri omba, dolğun sinə və müəyyən bir bədən quruluşu "uğurlu" və "cəlbedici" kimi göstərilir, bu da özünüqiymətləndirməyə təsir edir. İnsanlar cəmiyyət tərəfindən daha çox qəbul olunmaq və ya bəyənilmək istəyirlər. İnsanlar başqalarının bədənini öz bədənləri ilə müqayisə edir və əgər bu müqayisədən narazı qalarlarsa, özlərini dəyişdirmək istəyirlər. Estetik dəyişikliklər sosial media təsiri ilə daha da dərinləşir.

Estetik əməliyyatların səbəbi sadəcə bir gözəllik arzusu deyil. İnsanların özlərini daha yaxşı hiss etmək, sosial olaraq qəbul olunmaq və daxili narazılıqlarını aradan qaldırmaq istəyindən irəli gəlir. Lakin bu əməliyyatların arxasında daha dərin emosional və psixoloji problemlər dayana bilər. Bədən dismorfik pozuntusu və özünüqavrayış problemləri müraciətçinin psixoloji halının əsas göstərciləridir. Bədən dismorfik pozuntusu insanların bədənlərində real olmayan və ya kiçik qüsurları həddindən artıq böyüdülmüş şəkildə qəbul etməsi ilə xarakterizə olunur. Bu insanlar öz görünüşlərindən daimi narazıdır və özlərini cəmiyyətin gözəllik standartlarına uyğunlaşdırmağa çalışırlar. Şəxslər düşünürlər ki, estetik əməliyyatlar özünəinamı bərpa edəcəkdir. Gözlənilən xoşbəxtlik bədəndə deyil, düşüncədədir. Estetik əməliyyata qərar verənlər arasında özlərini sevmə və qəbul etmə bacarığı zəif olan insanlar çoxdur. Onlar düşünürlər ki, zahiri görünüşdəki dəyişiklik daxili narazılıqları aradan qaldıracaq. Əsas problem isə psixoloji haldadır. Düşüncə dəyişməlidir ki, özünə, daha sonra həyata baxış dəyişsin. İstənilən dəyişiklik psixoloji aspektdir. Dəyişikliyə hazır olmaq lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Dekabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri