İri şəhərləri itirən Əsəddən ilk açıqlama Suriya terrorçuları məğlub etməyə qadirdir
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla söhbətində ölkəsinin müttəfiqlərinin və dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadir olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə Suriya prezidentinin ofisi məlumat yayıb.
“Prezident Əsəd telefon danışığı zamanı vurğulayıb ki, Suriya öz ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə etməkdə davam edir və müttəfiqləri və dostlarının köməyi ilə onları məğlub edib məhv etməyə qadirdir”, - ofisin “Telegram” kanalında yaydığı bəyanatda deyilir.
BƏƏ prezidenti də öz növbəsində ölkəsinin terrorla mübarizədə, suverenlik, ərazi bütövlüyü və sabitliyin müdafiəsində Suriyanı dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, Əsəd rejimi son bir neçə gündə Hələb və Hama kimi ölkənin iki böyük şəhərinin nəzarətini itirərək geri çəkilib.
Baxış sayı:75
Bu xəbər 01 Dekabr 2024 03:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















