İş yoldaşını bıçaqlayan qəssab həbs edilib Çaynik üstündə dava
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Bakıda iş yoldaşını bıçaqlayan fəhləyə hökm oxunub.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş verib.
İsrayıl sallaqxanada birlikdə işlədiyi Çingizi (adlar şərtidir) bıçaqlayıb. Belə ki, 11 dekabr 2024-cü il tarixində İsrayıl evə daxil olduqda, Çingiz ona elektrik çaydanının kabelini kəsdiyinə görə irad tutub. Bu zaman İsrayıl da onunla mübahisə etməyə başlayıb. Mübahisə zamanı İsrayıl onu əli ilə yerə yıxıb, sonra bıçaqla zərbələr endirməyə başlayıb. Çingiz İsrayılı özündən kənara itələyib və İsrayıl hadisə yerini tərk edib. Daha sonra Çingiz ət kəsim yerinin sahibi olan Qədimə zəng edib və İsrayılın onu bıçaqladığını bildirib. Qədim evə gələrək onu xəstəxanaya aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, yeddi il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:Marketdə rəfi yığmaq üstündə dava düşdü, iş yoldaşını öldürdü Məhkəmə
17 Sentyabr 2026 13:47
Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb
01 Oktyabr 2026 09:59
Göygöldə sərxoş ata oğlunun başına çaynik çırpdı Sərxoş ata oğlunun başına çaynik çırpdı
18 İyul 2025 08:34
İş yoldaşını bıçaqlayan Röyala HÖKM OXUNDU
08 Aprel 2026 12:02
Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı Video
15 İyul 2025 09:52
Baxış sayı:73
Bu xəbər 19 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















