Icma.az
close
up
RU
​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

Icma.az bildirir, 525.az portalına istinadən.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Girne Amerikan Universitetinin rektoru, prof. Dr. Serdar Yurtseverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

525.az xəbər verir ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, bu münasibət elmi-mədəni müstəvidə də əməkdaşlığımız üçün geniş meydan açır və ötən müddət ərzində Akademiyada keçirilən bir sıra tədbirlərdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi də yaxından iştirak edib.

AMEA-nın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verən akademik İsa Həbibbəyli ötən il Akademiyanın 80 illik yubileyinin Türk dünyasının alimlərinin də iştirakı ilə yüksək səviyyədə qeyd olunduğunu, bu gün AMEA-da humanitar və ictimai elmlərin aktual problemləri, eləcə də süni intellektlə bağlı mühüm tədqiqatların aparıldığını söyləyib.

Akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasının qeyd olunan istiqamətlərdə Girne Amerikan Universiteti ilə əməkdaşlıq etməyə, birgə konfransların təşkilinə hazır olduğunu vurğulayıb.

Sonra çıxış edən Girne Amerikan Universitetinin rektoru, prof. Dr. Serdar Yurtsever qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Bir sıra ali təhsil müəssisələrinin təşkilatçılığı ilə keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olduqlarını deyən Serdar Yurtsever Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx əməkdaşlıq qurmaq niyyətlərini diqqətə çatdırıb.

Görüş zamanı AMEA ilə Girne Amerikan Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə olunub.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.

Qeyd edək ki, görüşdə Girne Amerikan Universitetinin baş katibi Aylin Ayhan, rektorun müşaviri Dr. Celal Sakka, Biznesin təşkili və idarə edilməsi fakültəsinin əməkdaşı Dr. Almula Umay Karamanlıoğlu, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürov da iştirak ediblər.

​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

​​​​​​​İsa Həbibbəyli Girne Amerikan Universitetinin rektoru ilə görüşüb

Şəkil sayı: 7

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 07 May 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri