Icma.az
close
up
RU
işçinin çaya tüpüməsinə sərt REAKSİYA

işçinin çaya tüpüməsinə sərt REAKSİYA

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Eyyub Hüseynov: Xidmət göstərənlərin intiqam məqsədilə bu cür hərəkətlər etməsi tamamilə qınanılmalıdır


Yusif Nəbiyev: “Bir nəfərin hərəkəti bütün sahibkarlıq mühitinə zərər vurur”

Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

Sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.

Etdiyi hərəkəti özünün sosial şəbəkə hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.

Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxlanılıb. Obyektin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi, həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını deyib:

"Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Biz bu məsələni bilən kimi, həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdiriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, mən öz rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a bildirib ki, AİB olaraq telelayihə çərçivəsində 8 il öncə şəhərdə yerləşən restoranların mətbəxlərində monitorinqlər aparıblar:


"Təəssüf ki, layihə bəzi şəxslərə sərf etmədiyi üçün dayandırıldı. Araşdırmalar zamanı məlum oldu ki, bir çox mətbəx qəbuledilməz dərəcədə natəmizdir. Hətta bəzi yerlərdə əvvəlcədən hazırlanmış yeməkləri sadəcə qızdırıb istehlakçılara təqdim edirdilər. Bizim məqsədimiz bu layihə ilə şəffaflıq yaratmaq idi. Yalnız Nizami küçəsindəki bir restoranda mətbəxə kameralar qoyuldu və zalda oturan müştərilər mətbəx fəaliyyəti ilə tanış olmaq imkanını əldə etdilər. Bir çox ölkədə, o cümlədən Türkiyədə belə təcrübələrdən istifadə olunur. Xidmət göstərənlərin qəsdən və ya intiqam məqsədilə bu cür hərəkətlər etməsi tamamilə qınanılmalıdır. Belə hallar aşkarlandıqda həmin restoran tam boykot edilməlidir. Dövlət orqanları və psixoloqlar da daxil olmaqla müvafiq qurumlarla ciddi söhbətlər aparılmalı, xidmətdə çalışanların kimliyi və davranışları araşdırılmalıdır. Şəxsin içərisində bu cür davranışlara meyil varsa, nəticələr çox təhlükəli ola bilər. Məsələn, yeməyə yad və zərərli maddə qatmaq mümkündür.

Bəzi insanların davranışları ən qəddar heyvandan belə aşağıdır. Restoran rəhbərliyi həmin videoları görən kimi məsuliyyəti üzərinə götürməli, adı, soyadı və əvvəlki iş yerləri ifşa edilərək belə şəxslərin işə götürülməməsinə təminat verilməlidir. Həmçinin güman etmək olar ki, belə şəxslərdə ciddi psixoloji problemlər mövcuddur. Bu cür hallara yol verilməməlidir. İnsanlar məlumatlı olmalı və belə neqativ təcrübələrlə qarşılaşan yerlərə qarşı sivil boykot tətbiq etməlidirlər".


Sosioloq Yusif Nəbiyev isə deyib ki, bölgələrimizdən birindəki şirniyyat evlərindən birinin qadın işçisinin müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyünü göstərən görüntüləri o da hiddətlə izləyib:


"Amma bu hərəkəti onun özünün sosial şəbəkə hesabında paylaşması, işə nifrət etdiyini və rəhbərliklə mübahisə yaşadığını bildirməsi göstərir ki, burada böyük həmin şirniyyat evinin adının mənfi kontekstdə hallanmasına, nəticədə reputasiya və müştəri itirməsinə hədəflənilib. Hansı məqsədlə edilməsindən asılı olmayaraq, bu kimi hallarda heç bir vəchlə əməl sahibinə haqq qazandırılmır. Nəticədə sən rəhbərlikdən incik ola bilərsən, amma bunun cəriməsini ora gələn vətəndaş ödəməli deyil. Üstəlik, belə hallar insanlarda təkcə adı çəkilən şirniyyat evinə yox, ümumiyyətlə ictimai iaşə obyektlərinə qarşı güvənsizlik yaradır. Ölkənin qida sektoruna, biznes mühitinə, sahibkarlığa zərər vurur. Kiçik sahibkar isə ölkənin biznes mühitinin bel sümüyüdür. Ona dəyən zərər ölkənin az qala hər sferasında öz ağır nəticələrini göstərir. Bunun üçün sadəcə zaman lazımdır. Ortada zaman faktorunun olması insanlarda yanlış düşüncə yaradır ki, "onsuz da heç bir şey olmur". Amma olur"! 


Sosioloqun fikrincə, bu hadisə həm də sahibkarların özünə də dərs olmalıdır:

"Onlar unutmamalıdırlar ki, narazı saxladıqları işçiləri, haqqını almadığını düşünən hər bir əməkdaş kontroldan çıxa bilər və oxşar addımlar ata bilər. İş mühitində stress, psixoloji gərginlik və narazılıqların bu cür davranışlara səbəb olması ehtimalı nə qədər xoş olmasa da, hər zaman var. Sahibkarlar bu ehtimalı nəzərə almalıdır. Kiçik "qənaətlər" üçün böyük risklərə getməməlidirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri