Icma.az
close
up
RU
İşğalın nəticələrinin aradan qaldırılması strateji siyasətdir DEPUTAT DANIŞDI

İşğalın nəticələrinin aradan qaldırılması strateji siyasətdir DEPUTAT DANIŞDI

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Hazırda Azərbaycan işğalın nəticələrinin aradan qaldırılması mərhələsindədir. Bu proses çoxşaxəli və uzunmüddətli xarakter daşıyır. Mina təmizləmə, bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramı bu istiqamətin əsas sütunları sırasındadır".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, 2020-ci ildə torpaqlarımız işğaldan azad olunduqdan bu günə qədər dövlət büdcəsindən həmin ərazilərin bərpası və quruculuq işlərinin maliyyələşdirilməsi üçün 25 milyard manatdan artıq vəsait ayrılıb. Sistemli və nəhəng həcmdə fəaliyyətlər həyata keçirilir.

Lakin bu proseslərin başlanğıc mərhələsində ən ciddi çağırış mina təmizləmə məsələsidir: " Ərazilərimizin təxminən 13 faizi mina və partlamamış sursatlarla çirkləndirilib. Təxminən 1,5 milyona yaxın mina və digər partlamamış sursatların mövcudluğu bu prosesi həm mürəkkəbıəşdirir, həm də uzun zaman tələb edən edir. Böyük Qayıdış proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər layihənin birinci mərhələsinin başa çatdırılması nəzərdə tutulur.

Artıq Prezident İlham Əliyevin müntəzəm səfərləri zamanı da gördüyümüz kimi, azad edilmiş ərazilərdə bir sıra kənd və qəsəbələrə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, həyat tədricən canlanır.Bu gün artıq işğaldan azad edilmiş ərazilərimizdə 70 mindən çox insan məskunlaşıb.

İşğaldan azad olunmuş ərazilərdə yaradılan infrastruktur, xüsusilə sərhəd bölgələrində, dual xarakter daşıyır. Yəni bu infrastruktur həm mülki məqsədlərə xidmət edir, həm də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verir.
1990-cı illərdə Almaniya birləşdikdən sonra Berlin haqqında “Avropanın ən böyük tikinti meydançası” ifadəsi işlədilirdi. Bu gün isə əminliklə demək olar ki, Qarabağ və Şərqi Zəngəzur qlobal miqyasda ən böyük tikinti və bərpa meydançalarından biridir.

İşğalın nəticələrinin aradan qaldırılması böyük resurs və əmək tələb etdiyinə görə, bu istiqamətdə Azərbaycana dəstək göstərən dövlətlərin və tərəfdaşların, az saylı olsalar da, rolu da xüsusi qeyd olunmalıdır. Ümumilikdə indiyədək Azərbaycana təxminən 350 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. İstərdik ki, bu investisiya axını işğaldan azad olunmuş ərazilərə də yönəlsin və həmin bölgələrin ölkənin ümumi iqtisadi sisteminə reinteqrasiyası daha sürətlə həyata keçirilsin.

Bu reinteqrasiya yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur regionlarınin ümumi iqtisadi dəyəryaratma zəncirində çəkisinin artmasına səbəb olacaq. Xüsusilə yaşıl enerji sahəsində potensial çox böyükdür. Azad olunmuş ərazilərin texniki olaraq yaşıl enerji potensialı təxminən 35 GB həcmində qiymətləndirilir. Burada istehsal ediləcək və ixrac olunacaq yaşıl enerji həm ölkənin enerji strategiyasına töhfə verəcək, həm də bərpa prosesinə əlavə maliyyə resurslarının cəlb edilməsinə imkan yaradacaq. Şübhəsiz ki, çağırışlar çoxdur, risklər mövcuddur. Lakin potensial da kifayət qədər böyükdür. Dövlətimiz, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, bu istiqamətdə ardıcıl və prinsipial siyasətini davam etdirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Fevral 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri