Icma.az
close
up
RU
İsmail Cingöz: Cənubi Kiprin tanınması TDT də parçalanmanın meydana gəldiyi ehtimalını gücləndirir

İsmail Cingöz: Cənubi Kiprin tanınması TDT də parçalanmanın meydana gəldiyi ehtimalını gücləndirir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Son dövrlərdə beynəlxalq siyasət arenasında baş verən hadisələr, xüsusilə Türk Dövlətləri Təşkilatının daxilindəki münasibətlərin dəyişməsi, ciddi müzakirələrə səbəb olub. Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipr Rum İdarəsini rəsmi şəkildə tanıması və səfir təyin etmələri mübahisəli mələ olaraq ortaya çıxıb. Bu prosesin yalnız diplomatik addım olaraq deyil, eyni zamanda geosiyasi və geoiqtisadi maraqlar fonunda atıldığına dair fikirlər getdikcə güclənir. Yeni dünya nizamında üçüncü qütb olmaq iddiası ilə çıxış edən Türk Dövlətləri Təşkilatı üçün bu kimi hadisələr, həm onun daxilindəki birliyi, həm də beynəlxalq nüfuzunu sarsıda biləcək potensiala malikdir. 


Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlamasında bu məsələnin arxa planında duran səbəblərdən və aktorların maraqlarına diqqət çəkib: 


"Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipr Rum İdarəsini “Kipr Respublikası” adı ilə tanıması və bu ölkələrə səfir təyin etmələri, eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətini görməzdən gələn davranış göstərməkləri, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə yanaşı, bu məsələ ilə maraqlanan beynəlxalq ictimaiyyətin diqqətini bu mövzuya yönəldib.

Məsələ Türk Dövlətləri Təşkilatında bir parçalanmanın meydana gəldiyi ehtimalını gücləndirir. Yeni dünya nizamında Türk Dövlətləri Təşkilatının üçüncü qütb kimi hərəkət etməsi gözlənilirdi. Ancaq son hadisələr bu birlikdə fikir ayrılığının meydana gəlməkdə olduğu təəssüratını yaradır.

Eyni zamanda Avropa İttifaqının üzv ölkələrinin Özbəkistan, Türkmənistan və Qazaxıstana 12 milyard avro dəyərində sərmayə vəd etmələri müqabilində bu dövlətlərdən Cənubi Kipr Rum İdarəsini tanımalarını tələb etməsi ilə bağlı iddialar da mövcuddur. Cənubi Kipr Rum İdarəsi illər öncə beynəlxalq hüquqa zidd şəkildə Avropa İttifaqına üzv qəbul edilib. Bu statusu indi Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqları düşünülür".


Ekspert "Dəmir İpək Yolu" layihəsindən, eləcə də Rusiya və ABŞ-nin maraqlarından da söz açıb:

"Pekin-London xətti boyunca inşa edilən “Dəmir İpək Yolu” layihəsində Şərq blokunda türk dövlətləri, Qərb blokunda Avropa ölkələri, mərkəzdə isə Türkiyə Cümhuriyyəti yerləşir. Bu qədər böyük bir layihədə Türk dövlətlərinin, Cənubi Kipr Rum İdarəsini tanımamış Türkiyə ilə birlikdə yer alması, Avropa ölkələrinin layihədən çəkilməsinə səbəb ola bilərdi. Beləliklə, Avropanın pərdəarxası bu dövlətlərə siyasi şərt qoyaraq “əgər tanımasanız, biz geri çəkilərik” demiş olması ehtimalı da nəzərdən qaçırılmamalıdır. Çünki bu layihə, yeni dünya nizamının iqtisadi nəhənglərindən biri olaraq qəbul edilir. Eləcə də böyük sərmayələrin bu coğrafiyaya axacağı planlaşdırılır.

Bununla yanaşı, ABŞ və Rusiyanın Ukrayna üzərindən formalaşdırdıqları blok və bu çərçivədə əldə etdikləri razılaşma nəticəsində Avropa İttifaqının kənarda buraxıldığı və ABŞ-nin Rusiya ilə ittifaq qurmaq niyyəti ilə Avropanı bir növ arxa plana atdığı da iddia olunur. Avropa ölkələri ABŞ-nin təhlükəsizlik çətirindən çıxaraq öz müstəqil müdafiə sistemlərini qurmaq fikrinə düşüblər. Bu məqsədlə Türkiyənin silahlı qüvvələrindən və hərbi gücündən faydalanmaq istəyiblər. Türkiyəsiz bir müdafiə sistemi qurmaq mümkün deyil, Türkiyə bu işdə yer almalıdır-fikirləri ön plana çıxarılıb.

Belə bir dövrdə “Görəsən, Rusiya Türk Dövlətləri Təşkilatını gizli yollarla Cənubi Kipr Rum İdarəsini bütün Kipr adından tanımağa təşviq edirmi?", "Bunun arxasında Putin və ABŞ-nin gizli əməkdaşlığı mı dayanır?”-sualları da haqlı olaraq ortaya çıxır".


Müsahibimiz sonda nəticə etibarı ilə bu məsələnin tək bir perspektivdən deyil, müxtəlif aspektlərdən dəyərləndirmək lazım olduğunu, sonrakı mərhələlərdə bu məsələnin daha da aydınlaşacağını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see258

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see211

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see168

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see166

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see150

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see145

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see141

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see129

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see124

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see122

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see122

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see119

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri