Icma.az
close
up
RU
İspaniyada telefon və internet xidmətləri çökdü

İspaniyada telefon və internet xidmətləri çökdü

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyada bu gün səhər saatlarında ölkə miqyasında sabit, mobil telefon xətləri və internet xidmətlərində ciddi nasazlıq yaşanıb. Bir neçə həftə əvvəl baş verən genişmiqyaslı elektrik kəsintisindən sonra bu dəfə də rabitə və internet infrastrukturu çöküb.


Sfera.az xəbər verir ki, İspaniyanın nüfuzlu “El Pais” qəzetinin məlumatına görə, “Telefonica” şirkətinin şəbəkəsində aparılan texniki yeniləmə işləri zamanı baş verən nasazlıq nəticəsində başda 112 olmaqla bir çox təcili yardım xətləri də daxil olmaqla mobil və sabit rabitə xidmətləri dayanıb. Problem əsasən Araqon, Endülüs, Ekstremadura, Navarra, Bask və Valensiya kimi muxtar bölgələrdə müşahidə olunub.


“Telefonica”dan verilən açıqlamada, bəzi şirkətlərə məxsus xidmətləri təsir edən texniki işlərin aparıldığı və yaranan problemin aradan qaldırılması üçün işlərin davam etdiyi bildirilib. 


İspaniya Rəqəmsal Transformasiya və Dövlət Xidmətləri Nazirliyi də vəziyyəti nəzarətdə saxladıqlarını və problemin həllinə dair ətraflı məlumat tələb etdiklərini açıqlayıb.


Rabitə problemləri yerli vaxtla saat 06:00-dan etibarən Madriddən Bilbao və Barselonaya qədər bir çox iri şəhərləri əhatə edib.
Araqon bölgəsində bəzi təcili yardım xətləri bərpa edilsə də, digər bölgələrdə problemlər hələ də davam edir. Vətəndaşlara alternativ təcili yardım nömrələri təqdim olunub.


Xatırladaq ki, aprelin sonunda İspaniya elektrik şəbəkəsində yaşanan nasazlıq nəticəsində Fransa ilə enerji bağlantısı tamamilə kəsilmiş, ölkə Avropa elektrik sistemindən təcrid olunmuş və Portuqaliya ilə birgə enerji sistemi çökmüşdü.


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri