Alpin in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
"Alpin" komandasının pilotu Franko Kolapinto "Formula 1" üzrə Meksika Qran-prisinin yekununda 10 saniyəlik cəza alıb.
"Report" Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb argentinalı sürücünün yarış zamanı sarı bayraqlar zonasında sürəti kifayət qədər azaltmayaraq idman reqlamentini pozması olub.
Telemetriya və videoqeydlər araşdırıldıqdan sonra stüardlar idmançının tələbə əməl etmədiyi qənaətinə gəliblər. 10 saniyəlik sanksiya ilə yanaşı, onun superlisenziyasına 1 cəza xalı yazılıb və son 12 aydakı xallarının sayı 5-ə çatıb.
Analoji qayda pozuntusuna görə komandanın digər üzvü Pyer Qasli də cəzalandırılıb. Fransalı təmsilçi 30 saniyəlik cəza alıb və nəticədə "Alpin"in hər iki sürücüsü ilk "onluq"dakı mövqeyini itirib.
Qeyd edək ki, Meksika Qran-prisində "Red Bull"dan Maks Ferstappen qalib gəlib, "Ferrari"nin sürücüsü Lyuis Hemilton ikinci, "Mersedes"dən Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















