Icma.az
close
up
RU
İspaniyadakı bu gizli adada demək olar ki, turist yoxdur Getməyinizə dəyər

İspaniyadakı bu gizli adada demək olar ki, turist yoxdur Getməyinizə dəyər

Icma.az, Lent az portalına istinadən məlumat verir.

İspaniyanın Kanar adalarında kütləvi turizmdən kənarda qalmış sakit və fərqli bir məkan mövcuddur. Söhbət Kanar adalarının ən qərbində yerləşən El Hierro adasından gedir. Cəmi 11 min nəfər əhalisi olan bu ada dinc istirahət axtaranlar üçün ideal seçim hesab olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, El Hierro Kanar adaları arasında sahəsinə görə ikinci ən kiçik adadır və burada cəmi bir svetofor mövcuddur. Adada yerli, autentik mətbəx təklif edən çoxsaylı restoranlar fəaliyyət göstərir, təbiət mənzərələri isə ziyarətçilərə unudulmaz görüntülər təqdim edir.

Adaya çatmaq üçün əvvəlcə Tenerife adasına uçmaq, daha sonra isə bərə ilə El Hierroya keçmək mümkündür. Turistlərin əsasən Lanzarote və Tenerifeni seçməsi səbəbindən El Hierro uzun illərdir diqqətdən kənarda qalır.

Sərt və vəhşi gözəlliyi ilə tanınan El Hierro təxminən 1,2 milyon il əvvəl Atlantik okeanının dərinliklərində baş verən güclü vulkan püskürmələri nəticəsində formalaşıb. Bu proses adada qeyri-adi landşaft, maraqlı qaya strukturları və qara vulkanik qum sahilləri yaradıb.

Adanı əhatə edən saf və şəffaf sularda müxtəlif balıq növləri və skat balıqları yaşayır. El Hierro həmçinin dalğıclıq və təbiət turları üçün əlverişli məkan kimi tanınır.

Daily Mailin yazdığına görə, bu “gizli” ada qış mövsümündə istirahət üçün xüsusilə uyğundur. Burada mütləq ziyarət edilməli yerlərdən biri Mirador de la Peña baxış meydançasıdır. Bu nöqtə adanı yuxarıdan seyr etmək istəyən turistlər arasında populyardır.

Tripadvisor istifadəçilərindən biri bu məkan haqqında belə yazıb: “Bir fincan qəhvə içərək El Hierro adasının nəfəs kəsən mənzərələrini quş baxışı ilə seyr edə biləcəyiniz möhtəşəm yer”.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, turistlərin azlığına baxmayaraq, qış aylarında El Hierro adasında hava temperaturu təxminən 20 dərəcə isti olur. Bu isə onu səs-küydən uzaq, rahat və mülayim iqlimli istirahət üçün ideal məkana çevirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:432
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri