Icma.az
close
up
RU
İsrail əsgərləri xaricə getsələr həbs olunacaqlar

İsrail əsgərləri xaricə getsələr həbs olunacaqlar

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza müharibəsində iştirak edən 30-a yaxın əsgər və zabitə xaricə getməmək üçün xəbərdarlıq edib.
Reyting.az
İsrail mətbuatına istinadla bildirir ki, Kipr, Sloveniya və Hollandiyaya gedən əsgərlər də daxil olmaqla, ən azı səkkiz nəfər bu ölkələrdə saxlanılma və ya sorğu-sual olunma riski səbəbindən dərhal ölkəni tərk etməli olduqları barədə məlumatlandırılıb.
“Vaşinqton Post” qəzeti yazır ki, ötən il Qəzzada xidmət edərkən İDF əsgərləri tərəfindən lentə alınan ən azı 11 dəlil çərşənbə axşamı yayımlanıb. Videolarda partlayışlar və binaların dağıdılması, kütləvi evakuasiyalar, zolağın boyunca binaların yandırılması, Qəzza sakinlərinin həbsləri, həmçinin əsgərlərin missiyalarının Qəzza zolağının işğal edilməsi və fələstinliləri qovmaq olduğunu söyləyən bəyanatları var. Şəkillər əsgərlərin sosial media hesablarında paylaşıldığı üçün yazıda yer alan İDF əsgərlərinin adları və üzləri bulanıq olmayıb.

Müharibə başlayandan bəri hərbçilər əsgərlərdən Qəzzadakı qarşıdurma zamanı fəaliyyətlərinin görüntülərini internetdə paylaşmamağı xahiş ediblər. Xəbərə görə, İsrail ordusu bu tədbiri “başqa ölkədə mümkün cinayət təhqiqatında dəlil kimi istifadə edilməməsi üçün” görüb. Eyni səbəbdən Qəzzada əsgərlərlə işləyən jurnalistlərdən də əsgərlərin üzlərini göstərməməsi tələb olunub.
Bununla belə, xəbərdə qeyd olunub ki, İsrail əsgərləri şəxsi sosial media hesablarında IDF təlimatlarını və beynəlxalq qanunları poza biləcək fəaliyyətləri göstərən video və fotolar paylaşmağa davam edirlər.
Qeyd olunur ki, İsrail dünyanın onlarla ölkəsində yerli hüquqşünaslardan hüquqi xidmətlər alıb. Vəkillər İsrail ordusuna və hökumət rəsmilərinə qarşı formalaşan yerli fəaliyyətləri izləyir; lazım gəldikdə isə həmin ölkənin əsgər və zabitlərini təmsil və müdafiə edir.
Nazirliklərarası komandaya İsrailin “Mossad” və “Şin Bet” kəşfiyyat agentliklərinin nümayəndələri də qoşulur. Komanda Qəzzada xidmət edən İDF əsgərinin həbs və ya sorğu-sual oluna biləcəyi dövri vəziyyətin qiymətləndirilməsini həyata keçirir.
ELÇİN

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri